Azərbaycan tankları atəşlə bütün hədəfləri məhv etdi

Müdafiə nazirinin təsdiq etdiyi 2017-ci il döyüş hazırlığı planına əsasən Silahlı Qüvvələrin bütün tank bölmələrində döyüş atışlı məşqlər keçirilir.
İstiPress-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, taktiki məşqlərin və təlimlərin əsas məqsədi tank bölmələrinin çətin keçilən ərazilərdə idarə edilməsi, real döyüş şəraitində uğurlu tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.
www.anews.az
























