Sarkisyan Qarabağda separatçılarla görüşdü

Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.
Anews.az news.am-a istinadən xəbər verir ki, Sarkisyan qondarma rejimin başçısı Bako Saakyanın rəhbərlik etdiyi separatçıları bir araya toplayıb.
İşğalçı erməni hərbi birləşmələrinin heyəti ilə görüş keçirən Sarkisyan "ordu"dakı vəziyyəti müzakirə edib.
www.anews.az
























