• $
  • €
  • ₽
  • ₺
  • £

Putin ən çox nədən qorxur?

Putin ən çox nədən qorxur?
02.12.2017 19:14
Vladimir Putin özünü haradasa Birinci Pyotr və İosif Stalin səviyyəsinə yaxın təsəvvür edərək, planet üzərində sankı siyasi Qoliaf kimi addımlayır. Hazırda Rusiya prezidenti həm Suriyada, həm də Ukraynada əzələ nümayiş etdirir, dünya isə bundan bərk təlaşa düşür.

1991-ci il Sovet İttifaqının dağılmasından sonra, incə manevrlərin köməyi ilə Putinin Rusiyanı qlobal əhəmiyyət daşıyan mövqeyə qaytardığına indi çox az adam şübhə edər. Putin Sovet İttifaqının dağılmasını ”əsrin ən böyük geosiyasi fəlakəti” adlandırmışdı.

O, hərb maşınının modernləşməsi və media texnologiyasının siyasi mübarizə silahına çevrilməsi üçün milyardlarla dollar sərf edib. Putin Rusiya tarixinin dərinliklərinə baş vuraraq, imicini gücləndirmək və hakimiyyətini möhkəmləndirmək üçün özünü 18-ci əsrin uğurlu hökmdarları Birinci Pyotr və Yekaterina ilə assosiasiya etməyə başladı. Bunlarla yanaşı Putin "ənənəvi dəyərləri”, inamı və vətənpərvərliyi önə çəkən Pravoslav kilsəsinin düşüncələrinə geniş yer ayırdı.

Öz ekspansiz liderlik xüsusiyyətini və cazibədar təsir imicini qabarıq şəkildə göstərməklə, Putin, təsadüflərə az yer qoyur. Xüsusi hallarda o, Rusiya tundrasında at üstündə çılpaq gövdə ilə gəzir və yaxşı anlayır ki, Rusiya xalqı bü cür güclü rəhbərə heyranlıq duyur. Amma doğrudanmı o bu cürdür? Putinin uğurları ümumi göstərişə çıxarıldığı bir vaxtda, onun qəzəb və məyusluq yaradan uğursuzluqları "arxa cərgə”yə itələnir.

İlk öncə iqtisadiyyatdan başlayaq. İqtisadiyyat neftin qiymətinin düşməsi və 2014-cü ildə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan sonra staqnasiyaya uğrayıb.

Ölkənin müxtəlif yerlərində çoxsaylı tətillər keçirilir (Hökumət bunları qeyri-qanuni adlandırır). Bu qısa, spontan aksiyalar, fəhlə ürəklərindəki narazılığın artdığından xəbər verir. Bəzi hallarda hətta aylarla məvaciblər ödənilmir. Xidmət zamanı həlak olmuş ailə başçısının uşaqlarına maliyyə kompensasiyası təqdim olunmur, ancaq əvvələr bu öhdəlik kimi yerinə yetirilirdi.

Moskvanın Ukraynada qızışdırdığı üsyan pat vəziyyətindədir, lakin bu münaqişə Rusiya üçün bahalı iş olmaqda davam edir. Rusiyanın Suriyadakı vətəndaş müharibəsinə müdaxiləsi həqiqətən də, ABŞ-ı çaşdırdı və Bəşər Əsədi xilas etdi. Ancaq bu, həmçinin münaqişənin ABŞ-ın iştirakı ilə genişlənə biləcəyi riski ilə də bağlıdır. Ruslar özlərinə sual verməyə başlayıblar: Bunu etməyə ehtiyac varmı?

Ancaq əgər ictimai rəy sorğusu Putinin populyarlığının 80% olduğunu göstərirsə, onda belə bir sual da meydana gəlir: narahat olmağa dəyərmi?


5 aprel 2016-cı il tarixində Milli Qvardiyanın yaradılması, əslində bu suala cavab verir. Həmin qurumun tərkibində 350 min nəfərin olduğu bildirilir. Milli Qvardiya yalnız Putinə tabedir və ona general Viktor Zolotov rəhbərlik edir. V.Zolotov uzun illər ərzində Putinin şəxsi cangüdəni olub. Əgər Zolotov öz ordusunu hərəkətə gətirməyə qərar verərsə, onda bunun üçün nə parlamentdən, nə daimi ordudan və ya hər hansı bir idarədən icazə istəməyə ehtiyac qalmayacaq. Ona yalnız Putinin göstəriş verməsi yetərlidir. Zolotov və onun ordusu yalnız müstəqil şəkildə fəaliyyət göstərirlər.

Maraqlıdır, görəsən Putinə nə üçün bu cür pretorian qvardiyası lazımdır? Axı, onun müasir və yaxşı təchiz olunmuş silahlı qüvvələri var. Bu adamı ətraflı öyrənmək, əminliklə onu deməyə imkan verir ki, rəy sorğusunun nəticəsinin necə olmasından asılı olmayaraq, Putin öz xalqı qarşısında dərin qorxu hissi keçirir. O, qorxur ki, hansısa anda xalq öz hökmdarına qarşı 100 il bundan öncəsindəki kimi üsyan qaldırar.

Bu cür üsyanlar onun öz tərcümeyi-halında mühüm yer tutur. 1980-ci illərin sonunda Drezdendə DTK-nın əməkdaşı işlədiyi vaxtda, Berlin divarının çökməsindən sonra qəzəbli almanlar kütlə halında Putinin xidmət göstərdiyi qərargaha hücum çəkməyə cəhd göstərmişdilər. Onda Putin təlimat üçün Moskvaya zəng etmişdi, ancaq telefonu götürən olmadığına görə, o, çarəsiz şəkildə rəsmi sənədləri yandırmaq istəmişdi. Baş verən hadisədən dərindən sarsılan Putin özünə söz verib ki, belə bir şey bir də təkrarlanmamalıdır…

Hakimiyyətdə olduğu zaman Putin digər xalq üsyanlarının şahidi olub. Ukraynada 2004-cü ildə baş verən rəngli inqlab onu qorxutdu, amma həmin vaxt o bu inqilabı yatırmaq imkanında deyildi.

2008-ci ildə Gürcüstan "partladı”. Bu dəfə Putin hərbi gücdən istifadə etdi. Ukrayna yenidən 2014-cü ildə baş qaldırdı və onda Putin Ukraynada baş verənlərin Rusiyaya da təsir göstərə biləcəyindən təlaşlanaraq, hərbi gücə əl atmaq qərarına gəldi. O, Krımı işğal etdi və daha sonra Ukraynanın şərqinə hücum çəkdi. Hələ indiyədək də orada münaqişə tüstülənməkdə davam edir.

Ola bilər ki, Putin beynəlxalq arenada qürurla çıxış edir, ancaq Milli Qvardiyanın varlığı onun siyasi uzunömürlüyünə şübhə ilə yanaşmağa sövq edir.
Çar İkinci Nikolayın da qvardiyası vardı və onu mühafizə adlandırırdılar. Həmin qvardiya rus hökmdarını 1917-ci ilə kimi qoruya bildi, sonra isə rus xalqı "bəsdir” dedi. Məhz bu Putinin yaxın gələcəkdə eşitmək istəmədiyi sözdür.

("Time”-ABŞ)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol