Məmmədyarov Moskvaya getdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 7-ci müşavirəsində iştirak etmək üçün Rusiya Federasiyasına işgüzar səfərə yolda düşüb.
Bu barədə AzVision.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Tədbir çərçivəsində nazir Elmar Məmmmədyarovun çıxışı nəzərdə tutulub.
Qeyd edib ki, bu gün Rusiya Federasiyasının paytaxtı Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 7-ci iclası keçiriləcək. İclasda Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirəcək Konvensiyanın maddələri müzakirə ediləcək.
Bundan əlavə, nazirlər, həmçinin gəmiçilik, qanunsuz balıq ovunun qarşısının alınması, dənizdə təhlükəsizliyin təmin edilməsi məsələlərinə də toxunacaqlar.
www.anews.az
























