• $
  • €
  • ₽
  • ₺
  • £

Həmsədr bəyanat yayıb

Həmsədr bəyanat yayıb
07.12.2017 20:16
ATƏT-in Minsk qrupu həmsədrlərinin Vyanada Nazirlər Şurasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri, Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Reks Tillerson və Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronika Roger Lacan birgə bəyanat yayıblar.
 
APA-nın məlumatına görə, bəyanatda deyilir ki, həmsədr ölkələr Helsinki Yekun Aktı və orada göstərilən güc tətbiq etməmə, güc tətbiqi ilə təhdid etməmə, ərazi bütövlüyü, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyin etmə prinsiplərini əsas götürərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik missiyasında birgə mövgedən çıxış etdiklərini bir daha təsdiq edirlər. 
 
"Biz region xalqlarının həqiqətən barışması üçün yeganə yol olan münaqişənin danışıqlar yolu ilə həllinə dair birgə öhdəliyimizi bir daha təkrarlayırıq. Danışıqların oktyabrın 16-da Vyanada yüksək səviyyədə bərpasını və ATƏT-in Minsk qrupu həmsədrlərinin təşkilatçılığı ilə xarici işlər nazirlərinin dünənki görüşünü alqışlayırıq. İntensiv dialoqdan razılığımızı ifadə edirik və tərəfləri öz səylərini siyasi nizamlanmasının substantiv məsələlərində güzəştli həllə kökləməyə çağırırıq. Hər hansı təxirəsalma vəziyyəti yalnız çətinləşdirə və tərəflərin davamlı həllə nail olmaq istiqamətindəki öhdəliklərini sual altına qoya bilər”, - deyə bəyanatda vurğulanıb. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol