• $
  • €
  • ₽
  • ₺
  • £

Fazil Məmmədov səfir olacaq

Fazil Məmmədov səfir olacaq
08.12.2017 23:50
Xəbər  verdiyimiz kimi, bu gün İlham Əliyev Azərbaycanın 3 ölkədəki fövqəladə və səlahiyyətli səfirinin geri çağılması ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısı Abbasəli HəsənovuAzərbaycanın Tacikistandakı, Kamil Xasiyevi Xorvatiyadakı, Həsən Məmmədzadəni isə Litvadakı səfir vəzifəsindən geri çağırıb.


Prezident bunlardan yalnız birinə - Xorvatiyaya yeni səfir təyin edib. Dövlət başçısının sərəncamına əsasən bundan sonra Azərbaycanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri funksiyasını Fəxrəddin Qurbanov yerinə yetirəcək.


Məlumat üçün bildirək ki, Azərbaycan-Litva hökumətlərarası komisiyyasının həmsədri sabiq vergilər naziri, bir neçə gün əvvəl vəzifəsindən azad olunan Fazil Məmmədovdu. Sabiq nazirin hakimiyyətə xidmətləri nəzərə alınaraq onun bu ölkəyə səfir göndərilməsi mümkündür. 


Fazil Məmmədov həm də Azərbaycan-Xorvatiya hökumətlərarası komisiyyasının də həmsədri idi. Lakin bu ölkəyə artıq yeni səfir təyin edilib. Bu səbəbdən də sabiq nazirə səfir vəzifəsi verilsə, bu ölkə Litva ola bilər.


Qeyd edək ki, Azərbaycanda artıq uzun illərdir bu təcrübə var. Sabiq baş prokuror Eldar Həsənov vəzifəsindən azad ediləndən sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilmişdi. O, 2001-2013-cü illərdə bu ölkədə fəaliyyət göstərib. Sabiq baş prokuror daha sonra Serbiya və Monteneqroya səfir göndərilib.


Keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasov 2004-cü ildə vəzifəsindən azad olunduqdan sonra Azərbaycanın Özbəkistandakı səfiri təyin edilib və 2012-ci ilədək bu vəzifədə çalışıb. 


Həmçinin Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi, hazırda ədliyyə nazirinin müavini olan Məhərrəm Əliyev Azərbaycanın Tacikistandakı səfiri olub (2007-2011-ci illər).

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol