• $
  • €
  • ₽
  • ₺
  • £

Mal əti adı ilə əhaliyə at əti satılıb

Mal əti adı ilə əhaliyə at əti satılıb
10.12.2017 13:09
Oğuz rayonunda qanunsuz at kəsimi və at əti aşkarlanıb.

"Qafqazinfo” xəbər verir ki, dekabrın 6-da alınmış məlumat əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Oğuz Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən epizootoloji sabitliyin və qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığındakı Seyid talası adlanan əraziyə baxış keçirilib.

Baxış zamanı ərazidə qeyri-qanuni, antisanitar şəraitdə kəsilmiş 1 baş atın baş-ayaqları və "VAZ-2106” markalı 10-KH-076 dövlət nömrə nişanlı minik avtomobilinə yüklənmiş at cəmdəyinin olması müəyyən edilib. Lakin "VAZ-2106” markalı 10-KH-076 dövlət nömrə nişanlı minik avtomobilini saxlamaq mümkün olmamış və at kəsimi ilə məşğul olanlar avtomobili sürərək ərazidən uzaqlaşıblar.

Hadisə ilə əlaqədar dərhal Oğuz Rayon Polis Şöbəsinə müraciət edilib və dekabrın 7-də "VAZ-2106” markalı 10-KH-076 dövlət nömrə nişanlı minik avtomobilində olan İsmayıllı rayon sakinləri Ziliyev Vüqar Təşkilat oğlu və Qurbanov Gündüz Əbülfəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıblar.
Avtomobilin yük yerinə baxış keçirərkən dərisi soyulmamış, antisanitar şəraitdə daşınan, 180 kq çəkisində olan atın şaqqalara bölünmüş bud və cəmdəyi aşkar olunub.

İlkin araşdırma nəticəsində Vüqar Ziliyev və Gündüz Qurbanov həmin atı Oğuz rayonun Filfilli kənd sakini Seyidəliyev Xəyal Mustafa oğlundan aldıqlarını və at ətinin Bakı şəhərində satılması məqsədi ilə kəsdiklərini bildiriblər.

"VAZ-2106” markalı 10-KH-076 dövlət nömrə nişanlı minik avtomobilində aşkar edilmiş at ətindən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozan və qanunsuz at kəsimi ilə məşğul olanlar-İsmayıllı rayon sakinləri Vüqar Təşkilat oğlu Ziliyev və Gündüz Əbülfəz oğlu Qurbanov barəsində akt yazılaraq inzibati protokol tərtib edilib.
Hadisə ilə bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bildirilib ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol