• $
  • €
  • ₽
  • ₺
  • £

“The Hill”: “ABŞ Qarabağ məsələsini həll etməsə Rusiya Azərbaycanı...”

“The Hill”: “ABŞ Qarabağ məsələsini həll etməsə Rusiya Azərbaycanı...”
11.12.2017 22:55
ABŞ-ın Qafqazdakı həyati əhəmiyyətli maraqları 1990-cı illərdə olduğu kimidir və dəyişməz qalır. Bu maraqlar ondan ibarətdir ki, region dövlətləri müstəqilliklərini qoruyub saxlasın, öz sərhədləri daxilində real suverenliyə malik olsun, bir-birləri ilə sülh şəraitində yaşasınlar və beynəlxalq iqtisadi bazarlar üçün açıq olsunlar.

Virtualaz.org xəbər verir ki, bu sətirlər Amerika Xarici Siyasət Şurasının baş elmi əməkdaşı, professor Stefan Blankın "The Hill” qəzetində dərc edilmiş məqaləsindəndir.

Müəllif təəsüflə qeyd edir ki, mövcud reallıq bu maraqlardan ciddi fərqlənir. ABŞ-ın regiona dair son vaxtlar yürütdüyü siyasətin qiymətləndirməsi göstərir ki, Vaşinqton Cənubi Qafqaza laqeyddir. Bu laqeydlik isə regionun problemlərinin dərinləşməsinə, meydanın Rusiya üçün daha geniş açılmasına gətirib çıxarır.

Məqalədə bildirilir ki, Rusiya Gürcüstana qarşı müharibə başlatdı, cəzasız şəkildə onun ərazi bütövlüyünə qəsd etdi. Rusiya habelə məqsədli şəkildə Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsini "əbədiləşdirir”, bu münaqişədən Ermənistanda hərbi iştirakını gücləndirmək üçün istifadə edir.

"Moskva öz silahlı qüvvələrindən təkcə Ermənistanı tabeçilikdə saxlamaq üçün deyil, Azərbaycana və Gürcüstana qarşı təhdidlər üçün də istifadə edir. Moskva habelə əhəmiyyətli ölçüdə qeyri-hərbi qüvvələrindən istifadə edərək Azərbaycan və Gürcüstanın siyasi sistemlərini, suverenliyini təhdid altında saxlayır, Ermənistan üzərində iqtisadi hökmranlığa nail olur”-müəllif yazır.

Professor Blank bildirir ki, Ermənistan Rusiyanın girovluğundadır. Çünki ona Qarabağ məsələsində Rusiyanın dəstəyi lazımdır. Bu problem Moskvaya regiona çıxış imkanı verib. Habelə Gürcüstan NATO və Avropa İttifaqına inteqrasiyaya səylər göstərsə də Rusiyanın güclü müqaviməti ilə qarşılaşır.

Stefan Blank yazır ki, Gürcüstan Azərbaycanın sayəsində Rusiyanın energetika şantajına boyun əymədi. Lakin Azərbaycan özü də Rusiyanın Bakıdakı Əliyev administrasiyasına qarşı etnik-dini və siyasi təxribatları, habelə cənubdan İranın təhdidləri altındadır. İranla Rusiyanın Azərbaycana qarşı birgə əməkdaşlığı həmişə mümkündür.

Müəllif Azərbaycanın regionda Rusiyanın asılı olmayan yeganə energetika mənbəyi olduğunu, ancaq demokratiya sarıdan qüsurların da mövcudluğunu qeyd edir. Bildirir ki, ABŞ tərəfdən Bakının davam etməkdə olan demokratikləşmə prosesi ilə bağlı səylər zəifləyib. "Çünki biz onların ərazi bütövlüyünə, Dağlıq Qarabağ məsələsinin ədalətli həllinə laqeyd olmuşuq. Nə qədər ki, ABŞ və Avropa müharibəyə gəlib çıxmayanadək bu problemə ciddi yanaşmayacaq, Bakının onların demokratiya ilə bağlı tənqidlərinə ciddi yanaşacağı ehtimalı da az olacaq. Biz Dağlıq Qarabağ münaqişəsinə ciddi yanaşmaqla və vasitəçilik səylərini gücləndirməklə təkcə Azərbaycan üzərində təsirlərimizi gücləndirmiş olmayacağıq, eyni zamanda Ermənistanın da Rusiyadan asılılığını azaldacağıq, bununla da dinc, demokratik və liberal Qafqazın əsasını qoymuş olacağıq”-müəllif yazır.

Stefan Blanka görə Xəzərin enerji ehtiyatları Avropaya Rusiyaya alternativ baxımından mühümdür. Bundan əlavə Rusiya generalları və rəsmi şəxsləri dəfələrlə Azərbaycanın müstəqillyini və bütövlüyünü əlindən alıb onu özlərinə tabe etdirmək niyyətləri haqda danışıblar.

"Əgər biz Dağlıq Qarabağ münaqişəsini görməməzlikdən gəlməkdə davam etsək, hansı ki, bu münaqişə yenidən aktivləşmə əlamətləri göstərir, o zaman bu münaqişə daha qızğın müharibəyə çevriləcək və Rusiyanın Azərbaycana qarşı qəti hərbi hərəkətlərinə gətirib çıxaracaq, habelə Rusiyanın Türkiyə, Qara dəniz və Yaxın Şərqdə daha böyük təzyiqlər yaratmasına səbəb olacaq”-professor Blank yazır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol