• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Qüdsdən pay istəyir - XƏRİTƏ

Ermənilər Qüdsdən pay istəyir - XƏRİTƏ
12.12.2017 00:21
İsrailin Qüdsə tam iddiasının kökündə ermənilərlə gizli razılaşma durur.

İstiPress-in məlumatına görə, erməni şərhçi Akop Badalyanın Ermənistanın populyar analitika portalı "Lragir”də dərc etdirdiyi məqalədə bu məsələ üstörtülü vurğulanır.

Müəllif yazıya giriş şəkli kimi Qüdsün xəritəsini qoyub və orda yəhudi məhəlləsi ilə erməni məhəlləsinin yanaşı olduğunu göstərib. Daha sonra o, İsrailin regional əməkdaşlıq nazirinin yayda Ermənistana gəlməsini, noyabrın 6-da isə Ermənistan xarici işlər nazirinin İsrailə səfər etməsini xatırladaraq bu məsələdə razılaşma olduğuna işarə vurur.

"İstənilən halda, Yerusəlimdə erməni mövcudluğu əsas tarixi-siyasi elementdir. Buna görə, şəhər ətrafında geosiyasi prosesləri nəzərə almamaq qeyri-mümkündür”,- deyə erməni şərhçi vurğulayır. 

Əgər Akop Badalyanın dedikləri doğrudursa, bu, ermənilərin Fələstin məsələsində düşərgə dəyişməsi kimi dəyərləndirmək olar. Məsələ bundadır ki, Fələstin Azadlıq Təşkilatı yaranandan xristian ərəblər və ermənilər bu təşkilatın fəal üzvləri idi. Hətta bir ara təşkilatın BMT-dəki nümayəndəsi kimi sovet qəzetləri Ağayan adlı ermənidən bəhs edirdilər. İndi belə çıxır ki, ermənilər "tanrılarını qətlə yetirmiş”  (ravvinlərin və yəhudi çarı İrodun İsa peyğəmbər barədə vermiş olduğu hökmü belə dəyərləndirirlər - red.) yəhudilərlə iş birliyinə gedirlər.

Yəni tipik erməni yanaşmasıdır, ara qarışdırıb, faydalanmaq istəyirlər. Amma unudrlar ki, ərəblər onların İsraillə iş birliyini aşkar etsələr, dünyanı Ermənistanın başına dar edə bilərlər. Hər halda, ermənilər çox sevdikləri Dəməşq hakimiyyətini belə, ərəb radikallarının qorxusundan açıq müdafiə eləmirdilər.Bu məsələdə təkcə erməni şərhçilər yox, onların maliyyələşdirdiyi Moskva şərhçiləri də canfəşanlıq göstərirlər. Məsələn, erməni lobbisinə fəal işləyən şərhçi Stanistlav Tarasov "Regnum”da yazdığı məqalədə iddia edir ki, bu məsələ çox ərəb dövlətlərinin vecinə deyil - sadəcə aranı  Türkiyə və İran qızışdırır, biri sünni dünyasının, digəri isə şiə dünyasının lideri olmaq üçün İsraili hədəf olaraq seçiblər.




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol