• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərin bu gün öldürdüyü 68 azərbaycanlı

Ermənilərin bu gün öldürdüyü 68 azərbaycanlı
12.12.2017 00:37
Bu gün ermənilərin zaman-zaman azərbaycanlıların başına gətirdiyi vəhşiliklərin və terrorun ən dəhşətlilisinin növbəti ildönümüdür.İstiPre
 
ss-in məlumatına görə, 11 dekabr 1988-ci ildə Ermənistanın Spitak rayonu ərazisində namərdcəsinə vurulan təyyarə qəzasının qurbanlarını anacağıq bu gün.

İl-76 təyyarəsində 9 ekipaj üzvü və 69 nəfər sərnişin olub. Onlar Azərbaycandan qonşu ölkəyə həmin ilin dekabr ayının 7-də Ermənistanın Leninakan ərazisində baş verən zəlzələdən zərər çəkənlərə yardım eləmək məqsədilə gedirdilər.

Ehtiyatda olan hərbçilərdən ibarət olan heyətdən Spitak təyyarə qəzasında 68 sərnişin və 9 ekipaj üzvünün hamısı həlak olub, alışan təyyarədə yanıb kül olublar. O dəhşətli qəzadan möcüzə nəticəsində yalnız bir nəfər sağ qalmışdı -  əslən Qubanın Alpan kəndindən olan  Sumqayıt şəhər sakini Fəxrəddin Balayev uzun müddət müalicə alsa da, 2011-ci ildə dünyasını dəyişib. 

İstiPress olaraq 1988-ci ilin 11 dekabrında baş verən təyyarə qəzasında həlak olan həmvətənlərimiz barədə ətraflı araşdırma aparmağı özümüzə borc bildik. Xatırlayıram, 1888-ci ildə mən "Qusar"qəzetində müxbir işləyirdim, dekabrın 12-də redaksiyada eşitdik ki, Ermənistanda baş verən təyyarə qəzasında Azərbaycandan gedən xeyli insan tələfatı olub və ölənlərin əksəriyyəti şimal zonasındandır. Onların Ermənistanda baş verən zəlzələyə köməyə getdikləri barədə məlumatımız vardı. Bir neçə gün sonra Qusara da bir neçə dəmir tabut gətirildi və kənd qəbristanlıqlarında qəza qurbanlarına aid dəmir tabutlar açılmadan dəfn olundu.

Spitak qəzasında həlak olan 68 sərnişinin hamısı şimal rayonlarından, Sumqayıt şəhərindən və o vaxt Xızı rayonunun da daxil olduğu Abşerondan olan ehtiyatda olan hərbçilər olub. Bu günahsiz insanlardan 10 nəfəri Qusardan, 15 nəfəriə Xaçmazdan, 4 nəfəri Şabrandan, 1 nəfəri Siyəzəndən, 9 nəfəri Qubadan, qalanları isə Sumqayıt şəhərindən və Abşerondan yola düşərək Ermənistana zəlzələnin nəticələrini aradan qaldırmağa, kömək üçün getmişdilər, amma, əsrlər boyu azərbaycanlı qanına susamış ermənilər onları havadaca qanlarına qəltan edərək onlara qarşı dəhşətlu terror hazırlamışdılar. 

Dəhşətli təyyarə qəzasının 29 illiyi günündə həlak olanların ailələrinə rayonların müvafiq qurumlarının necə diqqət göstərmələrilə maraqlandıq. Xaçmaz şəhərindəki Şəhidlər Xiyabanında təyyarə qəzasında həlak olan 15 nəfər xaçmazlının xatirə güşəsinə rast gəldik. Siyəzən şəhərində də qəzada həyatını itirən Hökmulla Talıbovun xatirəsinə həsr olunmuş kompleks inşa olunub.Sözsüz ki, onların xatirəsinin əbədiləşdirilməsi vacibdir, amma ailələrinə rəsmilərin diqqət göstərməyi də əsasdır.

Xaçmaz rayonunun Qaradağ Buduq kəndində təyyarə qəzasında həlak olan Akif Əhmədovun anasının qapısını döydük. 79 yaşlı Bənövşə Əhmədova ilə əvvəlcə Akifin kənd qəbristanlığındakı məzarını ziyarət etdik. Ana deyir ki, atası Ağamirzə onun vəfatına dözmədi, rəhmətə getdi. Daha bir oğlunu qətldə itirən Bənövşə ana indi itkilərin ağırlığını çətinliklə yaşayır.  Artıq ağlamaqdan göz yaşı quruyan Bənövşə Əhmədova söylədi ki, Akif ölümü ilə mənə hər şeyi öyrətdi : ilk övlad toyunu, ilk nəvəni, ilk ölümü görməyi ondan öyrəndim. Ananın sözlərinə görə, dəmir tabutda gətirilən Akifin cənazəsi onun sinəsinə çalın-çarpaz dağ çəkib: Yeganə qızım Nəsibəni dekabrın 18-də gəlin köçürdüm, 20-də onu gətirdilər. Ailəmiz rayonda tanınan ailə olub, yəqin toyu saxlamayaq- deyə Akifin ölüm xəbərini bizə deməyiblər. Onsuz da narahat idim, Akif gedəndən ondan xəbərimiz yox idi, qəza xəbərini eşitməmişdik". 

Bənövşə Əhmədovanın bu sözləri mənə xeyli bundan məşhur pambıqçı qadınlarımızdan birinin çox mütəəssiredici hərəkətini xatırlatdı. Oğlunun ölümünü eşidən ana qızının toyunu edənəcən onun meyitinin gətirilməsini yubadır və toydan sonra ailə yası keçirir. Bəlkə Bənövşə ana da belə edəcəkdi, bilmirəm, amma analar doğrudan da dözümlü və böyük qəlbli olurlarmış belə anlarda. Bənövşə Əhmədova deyir ki, Akifin dəmir tabutunu açmağa qoymadılar, içində deyirlər, bir şinel, bir şapka və bir ovuc kül vardı.

Bu dərdli ananı söhbətimiz boyu gözü tox gördüm.Yaşadığı ev qəzalı görünürdü, onunla yaşayan kiçik oğlu təzə ev tikməyə başlayıb və yarımçıq qalıb. Amma ana Xaçmazın rəsmilərindən evin tikilməsində yox, Akifin adının əbədiləşdirilməsinə kömək istədi: "Oğlum qazanar, tikər evini. Yeganə istəyim odur ki, Qaradağ Buduq kəndində yeni inşa olunan məktəbə Akifin adı verulsin. Onda rahat olaram".

Bənövşə Əhmədova sualımıza cavab olaraq əvvəllər rayon tədbirlərinə çağrıldığını, müəyyən yardım aldıqlarını desə də son vaxtlar bu hallarla qarşılaşmadığını, heç bir yardım almadığını dedi. Amma məğrur ana bunu da çox ehtiyatla söylədi. Kimsəni incitmək istəməyən bu 79 yaşlı ağbirçək qadın Akifin adının kənd məktəbə verilməsini səbrsizliklə gözləyir. 

Bənövşə Əhmədovanın müraciəti ilə bağlı Xaçmaz rayon icra hakimiyyətindən bildirildi ki, indi şəhidlərin adlarının əbədiləşdirilməsi məsələsi Nazirlər Kabinetinin səlahiyyətindədir. Bənövşə Əhmədova dəfələrlə icra hakimiyyətinə müraciət edib və bu, ona izah olunub. Qarşıdakı ildə icra hakimiyyəti Akif Əhmədovun adının əbədiləşfirməsindən ötrü Nazirlər Kabineti vəsadət qaldırmağı planlaşdırıb. İcra hakimiyyətindən o da bildirildi ki, şəhid ailələrinə diqqət və qayğı göstərilməsi qurumda əsas məsələlərdəndir və Bənövşə Əhmədova da diqqətdən kənarda qalmayıb.

Ümumiyyətlə, şimal rayonlarının icra hakimiyyətlərindən öyrəndik ki, bütün şəhidlər kimi, təyyarə qəzasında həlak olmuş şəhidlərin ailələrinə də hər cür qayğı göstərilir. Amma əlaqə saxladığımız şəhidlərin ailələrindən son zamanlar onlara icra hakimiyyəti tərəfindən hər hansı yardım görmədikləri deyildi.
Qubadan 11 dekabr 1988-ci il təyyarə qəzasında həlak olan Zöhrab Əkbərovun həyat yoldaşı Sevil Əkbərova İh-dən heç bir yardım və köməklik görmədiyini dedi. Amma Quba icra hakimiyyətindən həmin şəhidin ailəsinin Quba şəhərində şəhid ailələri və Qarabağ əlilləri üçün inşa edilmiş binada mənzillə təmin olunduğu, Zöhrab Əkbərovun oxuduğu Xucbala kənd məktəbinə onun adının verildiyi bildirildi.

Qeyd edək ki, 1994-cü ildə mərhum prezident Heydər Əliyev 11dekabr təyyarə qəzası qurbanlarına şəhid statusunun verilməsi barədə sərəncam imzalayıb. Apardığımız araşdırma zamanı rayonlarda təyyarə qəzası qurbanlarının təbliğatı və ailələrinə qayğı göstərilməsi işi zəifdir. 

Bir nümunə deyəcəyəm, Qubada təyyarə qəzasında neçə nəfərin həlak olmasını xeyli araşdırmadan sonra öyrənməli oldum. Bu gün baş verməsindən 29 il ötən 11 dekabr 1988-ci il təyyarə qəzasının qurbanlarından ailələrinə Sovetlər Birliyinin beşguşəli ulduzu həkk olunmuş, içərisində bir ovuc kül, şinel və şapka olan dəmir tabut basdırılan qəbirləri qalıb. Qarabağ münaqişəsinin ilk şəhidləri sayılan bu 68 nəfərin ailəsini unutmamalıyıq. Axı unutmayaq ki, onlar havada erməni xəyanətinin, erməni xislətinin qurbanı olublar. Tarixən azərbaycanlıların soyqırımını həyata keçirən ermənilərin ən ağır terrorunun qurbanı olub, axı bu şəhidlərimiz. Unutmayaq! Ruhları şad olsun.

Aytəkin Alxaslı




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol