• $
  • €
  • ₽
  • ₺
  • £

General deputata xəbərdarlıq etdi

General deputata xəbərdarlıq etdi
15.12.2017 21:52
Müdafiə Nazirliyinin şəxsi heyət üzrə müavini, general-leytenant  Kərim Vəliyev Milli Məclisdə "Silahlı Qüvvələr haqqında” yeni qanun layihəsinin  müzakirəsində deputatlar tərəfindən səsləndirilən fikirlərə münasibət bildirib.

"Qafqazinfo” xəbər verir ki, K. Vəliyev qeyd edib ki, ötən dəfə müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev Tərtərdə hərbi hissələrin birində baş verən özbaşınalıqlardan danışıb: "Bu məsələ dərhal bütün mediada yayılmağa başladı. Mən məlumat əldə edən kimi Qüdrət müəllimlə telefon vasitəsilə əlaqə saxladım. Özü də bu məlumatın getməsinə təəccübləndi. Bildirdi ki, media onun nə vaxtsa səsləndirdiyi fikirləri işıqlandırıb. Ordu haqqında nəsə deyəndə diqqətli olmalıyıq. Bu həssas məsələdir. Biz müharibə şəraitindəyik. Hər neqativ hal düşmən təbliğatında bizə qarşı işlənilir.

Biz də ictimai nəzarət də var. Bir sıra şəxslər, deputatlar  gəlib ordudakı şəraitlə  tanış olurlar. Kim müraciət edirsə onu qəbul etməyə hazırıq. 50- dən çox akkreditə olunmuş jurnalist var. Lazım olanda onlar ön cəbhədə çəkiliş edirlər. 

Ombudsman aparatı, Baş Prokurorluq da Silahlı Qüvvələrə nəzarət edir. 

Burada müddətdən artıq hərbui xidmət keçmiş şəxslərə nəzarət etmək barədə danışıldı. Həmin şəxslər hərbi hissəyə qəbul olunurlar. Bizdə bu sistemli şəkildə həyata keçirilir. Onlar tam şəkildə müvafiq qurumların yoxlamalarından keçirlər. Bu gün müddətdən artıq hərbi xidmət keçən qulluqçular orduda 70 faiz təşkil edir. Əksəriyyəti professional insanlardır. Düzdür, ən bahalı texnikayla onları təchiz edirik. Bu gün də bu məsələ ilə bağlı ciddi şəkildə işlər aparılır”.

Spiker Oqtay Əsədov  bildirib ki, Milli Məclis Azərbaycan orduusundakı hər bir məsələyə görə cavabdeh daşıyır:

"Düzdür, Milli Məclisdə  çıxışlar var. İndi Qüdrət müəllimin çıxışını araşdırarıq. Bəzən jurnalistlər  məsələni kontekstdən çıxarıb yayırlar”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol