• $
  • €
  • ₽
  • ₺
  • £

Polis rəisi işdən niyə çıxarılıb?

Polis rəisi işdən niyə çıxarılıb?
22.12.2017 17:32
Daxili İşlər Nazirliyi Salyan rayon Polis Şöbəsinin rəisinin işdən çıxarılmasının səbəblərini açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, Salyan Rayon Polis Şöbəsinin sabiq rəisi, polis polkovniki Təhmasib İbrahimovun rayonda baş verən bir cinayət faktı ilə əlaqədar işdən çıxarılması barədə yazılanlar tamamilə yalandır və reallığı əks etdirmir: "Bu xəbərlər, rəylər şəriştəsiz və qeyri-peşəkarların qənaətidir. Birmənalı olaraq bildirirəm ki, polis polkovniki Təhmasib İbrahimov daxili işlər orqanlarında uzun müddətli xidməti dövründə həmişə özünü yüksək erudisiyalı, savadlı, peşəkar bir polis zabiti kimi göstərib. Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsində Təhmasib İbrahimov öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacaran rəhbər polis zabitlərimizdən biri olub. Elə bu müsbət keyfiyyətlərini və peşəkarlığını nəzərə alan DİN rəhbərliyi təqaüd yaşına çatdıqdan sonra onu əlavə 5 il xidmətdə saxlayıb. Lakin bu yaxınlarda-dekabr ayında Təhmasib İbrahimov Daxili İşlər Orqanlarında xidmətdə olmanın son yaş həddinə çatdığı üçün cənab nazirin müvafiq əmri əsasında DİN-in fəxri fərmanı ilə təltif edilərək, təqaüdə göndərilib. Hazırda nazirliyinin ən hörmətli və nüfuzlu təqaüdçülərindən biri olan Təhmasib İbrahimovun xidmət yolu gənc polis zabitlərinin hər biri üçün örnəkdir”.

"Qafqazinfo” xatırladır ki, polis rəisinin vəzifədən uzaqlaşdırılması Salyanda 5 nəfərin qətli ilə bağlı cinayətin üzə çıxmasından sonra baş verib. Bu addım media və cəmiyyət tərəfindən 2015-ci ildən rayonda polis rəisi olan T. İbrahimovun rəhbərlik etdiyi qurumun hadisə ilə bağlı heç bir nəticəyə nail ola bilmədiyi üçün nazir tərəfindən cəzalandırılması kimi qəbul olundu. 

Həmin cinayətin üstünü isə məşhur aparıcı Xoşqədəm Hidayətqızı açmışdı. Məlum olmuşdu ki, Salyan rayon sakini Mehparə Əliyeva və dörd qızı əri və oğlu tərəfindən qətlə yetirilərək yaşadıqları evin zirzəmisində bastırılıblar. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol