• $
  • €
  • ₽
  • ₺
  • £

2018-ci ildə Dağlıq Qarabağ münaqişəsi gərginləşəcək

2018-ci ildə Dağlıq Qarabağ münaqişəsi gərginləşəcək
26.12.2017 21:43
"Rusiya həmişə Azərbaycan və Ermənistanla münasibətlərdə balanslaşdırılmış mövqe tutmağa çalışıb", bunu "Report"un Rusiya bürosuna Rusiya Beynəlxalq Əlaqələr Şurasının (RBƏŞ) proqram direktoru İvan Timofeyev Dağlıq Qarabağ münaqişəsi kontekstində ilin yekunlarını və növbəti il üçün proqnozları şərh edərkən deyib.


"Bu il vəziyyət danışıqlar sayəsində sanki normallaşıb, amma hərbi əməliyyatların yenidən başlanması ilə bağlı real riski hesabdan silmək olmaz. İstənilən gərginliyin məntiqi, xüsusilə də Qafqazda, onu göstərir ki, pis vəziyyətdə qalmamaq üçün müəyyən addımlar atıla, qərarlar qəbul oluna bilər. Qafqaz regionunda ləyaqət hissi hamı üçün vacibdir, ona görə də burada diplomatiya çox ehtiyatlı olmalıdır", - İ.Timofeyev bildirib.
Onun sözlərinə görə, Moskva münaqişədə vəziyyəti dəyişmək üçün nə Bakıya, nə də Yerevana təzyiq edə bilməz, çünki bu, əks nəticə verə bilər: "Rusiya "ədalətli broker" rolunu üzərinə götürməli və tərəflərin etimadını itirməməlidir".


Ekspert qeyd edib ki, Rusiya Azərbaycanla münasibətlərin Ermənistana və əksinə ziyanlı təsir etməsini istəmir: "İki tarixi tərəfdaş və dostunun münaqişə şəraitində olduğu dövrdə yaşamaq çox çətindir. Buna görə də Moskvanın rolu vasitəçilik olmalıdır. İnanın ki, Rusiya münaqişənin həll edilməsində maraqlı olan dünyada birinci ölkədir".


Qeyd edək ki, RBƏŞ 2017-ci ilin xarici siyasi yekunlarını və 2018-ci il üçün proqnozlarını nəşr etdirib.


Hesabatda "Rusiya və yaxın xarci ölkələr" bölməsi xüsusilə böyük yer tutub. Burada Dağlıq Qarabağ münaqişəsi də nəzərdən keçirilib. O cümlədən hesabatda qeyd olunub ki, 2017-ci ildə bu istiqamətdə Rusiya diplomatiyasının ən mühüm nailiyyəti Dağlıq Qarabağ münaqişəsində sabitliyin qorunub saxlanılması və Ermənistan və Azərbaycan ilə əlaqələrin balanslı inkişafıdır.


2018-ci il üçün hadisələri proqnozlaşdıran rusiyalı ekspertlər Dağlıq Qarabağda lokal hərbi əməliyyatların bərpa riskini kifayət qədər yüksək sayıblar.
Onların fikrincə, buna, o cümlədən hər iki ölkədə gələn ilə prezident seçkilərinin nəzərdə tutulması da təsir edəcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol