• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdan Qarabağ şərti

Bakıdan Qarabağ şərti
29.12.2017 11:38
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov
 
Prezidentin köməkçisi həll yolunu açıqladı

"Biz müəyyən kompromisə və problemin konstruktiv həllinə hazırıq. Bu baxımdan, Dağlıq Qarabağ bölgəsinə Azərbaycanın tərkibində əvvəlkindən daha geniş muxtariyyətin verilməsini, orada yaşayan erməni əhalisinin vətəndaş hüquqlarının, sosial-iqtisadi, mədəni haqlarının Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüququn normalarına uyğun şəkildə tam təmin olunmasına zəmanəti münaqişənin davamlı, səmərəli və ədalətli tənzimlənməsinin əsas yolu hesab edirik". SitiPress-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İsrailin "The Jerusalem Post” qəzetinə müsahibəsində deyib. 

O, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq hüquq prinsiplərinə uyğun obyektiv meyarlar əsasında yanaşmaq lazımdır. Belə halda aydın olar ki, Ermənistan işğalçıdır, Azərbaycan isə işğala məruz qalmış, ərazilərinin 20 faizini itirmiş və 1 milyondan çox qaçqın və məcburi köçkün əhalisi olan bir ölkədir. İşğalçı ilə işğala məruz qalan ölkəni kompromisə çağırmağın özü səhv və təhlükəli mövqedir. Bu mövqe gələcəkdə davakar etnik separatizmi təşviq edə, digər ölkələri də işğalçılığa sürükləyə, yaxud həvəsləndirə bilər. Belə ki, 30 il bundan əvvəl Dağlıq Qarabağda başlayan separatizm dalğası bu gün İspaniya, Böyük Britaniya və başqa ölkələrə çatıb. Hazırkı dövrdə heç bir ölkə bundan sığortalanmayıb.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi aydındır. Bu mövqe BMT Təhlükəsizlik Şurasına, ATƏT-ə, Avropa Şurasına, bütün dünya ictimaiyyətinə çatdırılıb. Azərbaycanın məsələyə yanaşması ondan ibarətdir ki, münaqişənin həlli ilə bağlı beynəlxalq hüququn normalarına əməl olunmalıdır. Yəni, Ermənistanın işğalçı qoşunları Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmalı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilməli, məcburi köçkün sakinlər öz yurdlarına qaytarılmalıdırlar. Azərbaycanın mövqeyinə görə, bir dövlətin beynəlxalq hüququn normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində zorakı üsullara və silahlı vasitələrə əl atılması yolverilməzdir".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol