• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin adamı Qarabağ planını açdı: Bu il...

Putinin adamı Qarabağ planını açdı: Bu il...
10.01.2018 15:26
2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması 2017-ci il ssenarisi üzrə davam edəcək. Lakin Rusiyada, Azərbaycanda və Ermənistanda prezident seçkilərinin keçirilməsi münaqişənin nizama salınmasında sıçrayışa nail olunacağı ehtimalını azaldır. Çünki əsas diqqət seçkilərə yönələcək.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov deyib.

Markov hesab edir ki, Rusiya ilin birinci yarısında Qərbin artan hücumları ilə qarşılaşacağı üçün də Qarabağ münaqişəsinə kifayət qədər diqqət ayıra bilməyəcək.

"Lakin münaqişənin nizama salınması üzrə bazanın hazırlandığını da qeyd etməliyəm. Dəfələrlə bildirilib ki, masada həll variantları var. Hər şeydən əvvəl "Kazan düsturu”nu reallaşdırmaq mümkündür”, - deyə o bildirib.

Markov Qarabağda "aprel müharibəsi” ssenarisinin təkrarlanacağını da istisna etmir:

"Ermənistanın parlament üsul-idarəsinə keçidi Qarabağ münaqişəsi ilə bağlı siyasətində heç bir dəyişikliyə səbəb olmayacaq. Böyük ehtimalla Sərkisyan baş nazir olacaq və hakimiyyəti əlində saxlayacaq. Lakin onun xalq arasında nüfuzu aşağıdır. Bu baxımdan, seçkiqabağı kampaniyada və seçki dövründə Qarabağda gərginlik yarada biləcəyi istisna deyil. Bütövlükdə vəziyyət gözlənilməz məcrada inkişaf edə bilər. Digər tərəfdən, Ermənistanda rəhbərlik dəyişsə belə Qarabağla bağlı ictimai rəyə hesablanmış sərt ritorika davam edəcək”.

Rusiyalı politoloq Azərbaycanda seçkilərin sakit keçəcəyini düşünür.

"Əsas lider İlham Əliyevdir. O, ölkədə məşhurdur və xalq tərəfindən dəstəklənir. Həmçinin, müxalifət də zəifdir. Təbii ki, Azərbaycanda da seçkiqabağı kampaniyada Qarabağ məsələsinə toxunulacaq. Lakin Azərbaycan hakimiyyəti üçün bu məsələ həmişə əsas gündəm olub”, - deyə o bildirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol