• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentdən məcburi köçkünlərə şad xəbər

Prezidentdən məcburi köçkünlərə şad xəbər
10.01.2018 19:44
"2017-ci ildə Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. İxrac 19 faiz, qeyri-neft ixracı 24 faiz artıb. Hər bir ölkə belə bir nəticələrlə fəxr edə bilər”.

AzVision.az xəbər verir ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, 2017-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul və qeyri-neft sektoru artıb: 

"Qeyri-neft sənayesində 3,6 faiz kənd təsərrüfatında 4,1 faiz artım əldə olunub. Valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb. İdxalın sabit səviyyədə qalması böyük nəticədir. Hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Regionların inkişafı daim diqqət mərkəzində saxlanılıb. Keçən il 30-dan çox rayona səfər edərək verilən tapşırıqların icrası ilə yerindəcə tanış olmuşam. Bölgələrdə yeni müəssisələr açılıb. Keçən il 177 min daimi olmaqla, 221 min yeni iş yeri açılıb. İşsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsində qərarlaşıb. Bu isə dünya səviyyəsində ən yaxşı nəticələrdən biridir”.

2018-ci ildə yeni mənzillərlə təmin ediləcək köçkünlərin sayı ötən illə müqayisədə iki dəfə artırılacaq deyən dövlət başçısı onu da vurğulayıb ki, sosial infrastruktur lahiyələrinin icrası davam etiriləcək, bölgələrdə modul tipli məktəblərin tikintisi aparılacaq: "Regionlarda və paytaxtda məktəblərin və tibb müəssisələrinin təmiri və inşası həyata keçiriləcək. Sənaye məhəllələrinin yaradılması prosesi davam etdiriləcək, kənd təsərrüfatının inkişafı üçün addımlar atılacaq və yeni xalça fabriklərinin açılışı nəzərdə tutulub. Pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, sitrusçuluq ilə bağlı müsbət nəticələr əldə olub və bu sahələrə diqqət davam etdiriləcək”.

Dövlət başçısı deyib ki, elektrik təchizatı yaxşılaşdırılıb, bölgələrdə qazlaşdırma işləri sürətlə aparılıb: "Keçən il kənd təsərrüfatının inkişafı üçün önəmli tədbirlər görülüb. Bundan əlavə, keçən il 1300 km avtomobil yolu, o cümlədən 500-dən çox kəndə yeni yol çəkilib. İçməli su layihələri uğurla icra edilib. 133 yeni məktəb və 30 tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub, iki olimpiya kompleksi istifadəyə verilib. Məcburi köçkünlərlə bağlı məsələ də həllini tapıb. 2300 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Cocuq Mərcanlının bərpası tarixi hadisədir. Şıxarx qəsəbəsində aparılan quruculuq işləri böyük əhəmiyyət daşıyır”

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol