• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: “Metsamor” dünyəvi təhlükədir

Deputat: “Metsamor” dünyəvi təhlükədir
16.01.2018 13:15
"Metsamor” AES-in fəaliyyəti artıq dayandırılmalıdır, təcavüzkar Ermənistanın bu məsələdə "şıltaqlığı”na son qoyulmalıdır.

Anews.az xəbər verir ki, bunu millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva deyib.

O qeyd edib ki, "Metsamor” nəinki Azərbaycan, qardaş Türkiyə üçün, bütövlükdə bölgə və dünya üçün təhlükəlidir və təhlükə mənbəyi olaraq qalmaqdadır:

"Azərbaycan neçə illərdir ki, dünya birliyindən, beynəlxalq qurumlardan Ermənistana bu məsələdə ciddi təsir və təzyiq  göstərilməsini, işğalçı, təcavüzkar ölkənin həmin stansiyanı bağmağa məcbur edilməsini xahiş və tələb etsə də, çox təəssüflər olsun ki, ənənəvi olaraq susqunluq, laqeydlik, biganəlik nümayiş etdirilir. Yəni, bu məsələdə də kimsə Ermənistana "gözün üstə qaşın var” demək istəmir, yenə ikili standartlar ortaya qoyulur. Amma acı Çernobıl təcrübəsi ortadadır. Bu faciənin üstündən 30 ildən artıq vaxt ötsə də, onun vurduğu yaralar hələ də sağalmayıb.

Neçə ki, gec deyil - əslində çox illər itirilib - dünya birliyi, beynəlxalq qurumlar öz "müdrik” susqunluqlarından əl çəkib hərəkətə, konkret əməli fəaliyyətə keçməli, Ermənistana bu məsələdə ən ciddi basqılar göstərərək, onu "Metsamor”u bağlmağa məcbur etməlidir. Yoxsa, bundan ziyan çəkən təkcə biz olmayacağıq. Ermənistanın nazı ilə oynayan, onun "könlünə” dəymək istəməyənlər də öz "paylar”ını alacaqlar, daha doğrusu, bunun məsuliyyətindən yaxa qurtara bilməyəcəklər. Odur ki, Azərbaycanın, ölkə ictimaiyyətinin bu məsələdə narahatlığını, haqlı etirazını əsaslı sayaraq, bildirmək istəyirəm ki, "Metsamor” bağlanmalı, onun fəaliyyəti dayandırılmalıdır”.

Qeyd edək ki, artıq rəsmi Brüsselin Ermənistanda fəaliyyətdə olan atom elektrik stansiyasının bağlanması üçün fəal şəkildə təbliğat işləri apardığı, onun alternativ imkanlarla əvəzlənməsini təklif etdiyi iddia olunur.

Məlumatlara görə, hətta Brüssel Ermənistanda "Metsamor” AES-in konservasiyası məqsədilə 200 milyon avro ayırmağı belə vəd edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol