• $
  • €
  • ₽
  • ₺
  • £

Konqresdə ölkəmizə qarşı addım

Konqresdə ölkəmizə qarşı addım
20.01.2018 09:54
Amerika yaxşı halda dostlarını incik salır, pis halda isə itirir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, ABŞ Dövlət Departamenti əvvəlcə vətəndaşlarını "terror təhlükəsi qarşısında” Azərbaycana getməməyi məsləhət gördü, indi də Konqres nümayəndələrinə "ABŞ – Arsax: səfərlər və təmaslar” adlı sənəd paylanıb:

"Sənədin müəllifi qatı ermənipərəst konqresmen Frenk Pallonedir. O, həmin sənəddə Vaşinqtonu Dağlıq Qarabağı rəsmən tanımağa və separatçılarla birbaşa təmas qurmağa çağırıb. Pallone tək deyil, onu dəstəkləyən başqa konqresmenlər də var. Əlbəttə, bu sənədin ciddi qəbul olunacağı şübhə doğurur, ancaq niyə Dövlət Departamenti konqresmenlərə ABŞ-ın dövlət və təhlükəsizlik maraqlarını izah edən hesabat paylamır ki?!"

Politoloq vurğulayıb ki, Vaşinqton Rusiyanın bölgədəki forpostu olan Ermənistana dəstək verə bilməz:

"Azərbaycan bir çox məsələdə Vaşinqtonla əməkdaşlıq edir. Bundan başqa ABŞ konqresmenlərinin heç vaxt Abxaziya, Cənubi Osetiya, Dnestr və ya Donbas separatçılarına dəstək vermək, ora səfərlər etmək ağıllarına gəlməz. Çünki anlayırlar ki, bu bölgələr Rusiyanın nəzarətindədir və bu, Amerikanın maraqlarına ziddir. Amerikalı bir qrup konqresmenin Dağlıq Qarabağı digər separatçılardan ayrı tutması ikili standartın bariz nümunəsidir".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol