• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlər Kabinetində MÜŞAVİRƏ

Nazirlər Kabinetində MÜŞAVİRƏ
25.01.2018 14:32
Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar bu gün Nazirlər Kabinetində müşavirə keçiriləcək.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, Baş nazirin müavini Abid Şərifovun sədrliyi ilə keçiriləcək müşavirədə sürüşmənin qarşısının alınması üçün təkliflər səsləndiriləcək və görüləcək tədbilər müəyyənləşdiriləcək:

"Prosesin baş vermə səbəbləri, onun əhatə dairəsi, təhlükəlilik dərəcəsi, sürüşmə müstəvisinə uyğun olaraq, qabaqlayıcı tədbirlərin görülməsi üçün təkliflər veriləcək. Ərazidə bərkitmə işləri aparılacaq”.

Ə.Qaralov deyib ki, hazırda ərazidəki sürüşmənin dərinliyi öyrənilir, onun əhatə dairəsi konturlaşdırılır, prosesin baş vermə səbəbi araşdırılır: "Buna uyğun olaraq, müxtəlif tədbirlər həyata keçiriləcək”.

Qeyd edək ki, son günlər ərzində Bayıl qəsəbəsində sürüşmə zonasındakı evlərdə çatların sayı artıb. Hazırda sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir, 67 ailə artıq evlərindən köçürülüb.

Sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində (RİH) Xüsusı Qərargah yaradılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol