• $
  • €
  • ₽
  • ₺
  • £

Ailələri Kəlbəcər girovlarından məlumat ala bilmir

Ailələri Kəlbəcər girovlarından məlumat ala bilmir
29.05.2020 09:17
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevdən artıq iki aydan çoxdur ki, məlumat yoxdur.

Girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov AzVision.az-a bildirib ki, atasından sonuncu dəfə noyabr ayında məktub alıb.

"Əslində ayda bir dəfə Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları girovlara baş çəkməlidir. Əfsuslar olsun ki, sonuncu dəfə atamdan noyabrın 1-də məktub almışam. Onunla əlaqə yarada bilmirəm. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına zəng edib deyirik ki, nəyə görə məktub gətirmirsiniz? Deyirlər ki, məlumat yoxdur, yeni məlumat olanda xəbər verəcəyik. Atamın səhhətindən narahatam. Ümidimizi ona bağlamışıq. Əvəllər bir aydan bir əlaqə yarada bilirdik, indi isə 5 aydan bir görüş olur, ya olmur. 2017-ci ilin mart ayından bu vaxta kimi atamdan cəmi iki dəfə məktub almışam” - girovun oğlu deyib.

K.Əsgərov atasının azadlığa çıxması üçün Türkiyədə görüşlər keçirəcəyini söyləyib: "Xocalı soyqırımı ərəfəsində Türkiyəyə gedib, orada görüşlər keçirəcəyəm. İstəyirəm Türkiyə mətbuatının, ictimaiyyətinin diqqətini bu məsələyə yönəldim və prezident Ərdoğandan kömək istəyim”. 

Girovluqda olan Şahbaz Quliyevin ailəsi də ondan xəbərsizdir. Girovun qardaşı İlham Quliyevin bildirdiyinə görə, sonuncu dəfə Şahbazdan iki ay əvvəl məktub alıb. 

"Şahbazdan xəbərimiz yoxdur. Axrıncı dəfə məktub göndərəndə vəziyyəti çox pis idi”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurublar. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol