Amerikalı həmsədr Bakıya gəlir

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endrü Şofer bu gün Azərbaycana gələcək.
Report-un xəbərinə görə, Minsk qrupunun Rusiya və Fransadan olan həmsədrləri - İqor Popov və Stefan Viskonti isə fevralın 6-da Bakıda olacaqlar. Diplomatlar fevralın 7-də Azərbaycan rəsmiləri ilə görüşəcəklər.
Qeyd edək ki, Minsk qrupunun həmsədrləri fevralın 8-9-da Ermənistana səfər edəcəklər. Diplomatlar eyni zamanda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə də baş çəkəcəklər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Son xəbərlər 
Daha çox 






















