• $
  • €
  • ₽
  • ₺
  • £

Müxalifət seçki ilə bağlı nə edəcək?

Müxalifət seçki ilə bağlı nə edəcək?
07.02.2018 09:52
Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkisi qərarı müxalifət sıralarında çaxnaşmaya səbəb olub. 

Anews.az xəbər verir ki, "Yeni Müsavat”ın yazdığına görə, bəzi ekspertlər belə iddialar irəli sürməyə başlayıb ki, seçkinin önə çəkilməsi müxalifətə seçkini boykot etmələri üçün bəhanə olacaq. Artıq Milli Şura seçkini boykot qərarı verdiyini bəyan edib. Bu barədə qurumun sədri Cəmil Həsənli özünün sosial şəbəkə hesabında fövqəladə toplantı keçirdiklərini, boykot və mart ayından etibarən mitinqlərə başlamaq qərarı verdiklərini açıqlayıb. AXCP sədri Əli Kərimli də seçkiləri boykot edəcəklərini və onun legitimliyini şübhə altına almaq üçün etiraz aksiyalarına başlayacaqlarını bildirib.

Liderləri həbsdə olan REAL hərəkatı da növbədənkənar seçkilərin nəticələrini tanımayacaqlarını bəribaşdan elan edib. İlqar Məmmədovun həbsxanadan vətəndaşları bu seçkiləri boykot etməyə çağıracağını bildirib.

Seçkidə İsa Qəmbərin namizədliyi ilə iştirak qərarı olan Müsavat Partiyası isə hələ ki növbədənkənar seçki ilə bağlı son qərarı qəbul etməyib. Partiyanın başqanı Arif Hacılı deyib ki, bu həftə partiya Məclisinin növbədənkənar sessiyası olacaq və növbədənkənar seçki ilə bağlı hansı taktikanı seçəcəklərini müəyyənləşdirəcəklər. Partiyanın bir qədər əvvəl namizədliyini irəli sürdüyü İsa Qəmbər isə bildirib ki, partiya nə qərar qəbul etsə ona tabe olacaq.

AĞ Partiyanın prezidentliyə namizədi Tural Abbaslı isə boykot qərarının düzgün olmadığı fikrindədir: "Siyasi partiyaların yaranma və fəaliyyət göstərmə məqsədi hüquqi yolla hakimiyyətə gəlməkdir. Hüquqi yolla da hakimiyyətə gəlməyin hələ ki yeganə yolu seçkilərdir. Yəni dolayısıyla desək, seçkilər partiyaların hakimiyyətə gəlməyi və ya siyasi mövqelərini möhkəmləndirməyi üçün əlverişli şansdır”. 

Yeni AXCP-nin namizədi Razi Nurullayev də boykotun zərər gətirəcəyi düşüncəsində olduğunu dedi. Onun sözlərinə görə, əgər siyasi partiya seçkiləri boykot edirsə, o zaman siyasi partiyanı buraxmalıdır: "Biz bilirik ki, nəticələr nə olacaq. Məgər 2013-də nəticələrin bəlli olduğunu bilmirdik? Bilirdik. Bəs onda niyə iştirak etdik? Biz iştirakın tərəfdarıyıq və əlimizdən gələni edəcəyik. Əgər yaranan vəziyyət imkan verməsə, o zaman mövcud namizədlərdən birinə dəstək də verə bilərik”. 

AMİP lideri Etibar Məmmədov isə bildirib ki, aprelin 11-də növbədənkənar prezident seçkisi normal addımdır: "Burada qeyri-adi heç nə yoxdur. Sərəncam imzalanıbsa, ondan irəli gələn məsələlər icra olunmalıdır. Kim seçkilərdə iştirak etmək istəyirsə, bu qrafikə uyğun iş aparmalıdır. Yəni burada konstitusiyaya zidd nəsə yoxdur”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol