• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc namizəd olacaq?

Zahid Oruc namizəd olacaq?
07.02.2018 15:27
Millət vəkili  Zahid Oruc aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak edib etməyəcəyi ilə bağlı danışıb. 

O, "Qafqazinfo”ya açıqlamasında bildirib ki, prezident seçkilərində iştirak edib etməmək qarşıdakı dövrün xarakterindən, tələblərindən və komandanın içərisindəki prinsiplərdən asılı olacaq: "Prezident seçkilərində namizəd olmaq təkcə birincilik məqamı uğrunda mübarizə aparmaq anlamına gəlməməlidir. Hər kəs bəzən partiyalı, bəzən fərdi sürətdə öz namizədliyi ilə çıxış edərkən müxtəlif baxışlarını, ideyalarını cəmiyyətə çatdırmaq və təqdimatını həyata keçirmək niyyətində olur.  Bu normal hadisədir. Dünya təcrübəsində də özünü geniş bir şəkildə göstərib. 

Mən hər kəsə bəlli olduğu kimi, məlum bir siyasi kursu təmsil edirəm. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan ideyaları daşıyıram. Bununla bərabər müxtəlif məsələlərə baxışda hansısa fərqli mövqeləri gündəmə gətirməyə çalışıram. Prezident seçkilərinə münasibətdə də fəaliyyətimiz  vahid komandanın içərisindəki prinsiplərlə müəyyənləşir. Ölkənin daxilindəki vəziyyətə baxanda da görəcəksiniz ki, hansısa müxalif partiyalar iki-üç namizədlə çıxış edə bilir və sonda da biri digəri ilə uzlaşmağa çalışır. Eyni zamanda namizədliyini digərinin xeyrinə geri götürür. Bu Avropa məkanında da belədir. 

Ən önməlisi 2013- cü ildə seçkilərdə iştirak edərkən məqsədimiz ideyalarımızın hər hansı bir siyasi qərarlara təsir göstərməsi idi. O zaman  da deyirdim ki, biz Aristotel deyilik, Pifaqorla da yol yoldaşı olmamışıq. Onların düşüncələri minilləri keçib dövrümüzə gəlib. Deməli, ideyalar qalıcıdır.  Dövlət də ideyalarla idarə olunur. Bir parlament  üzvü kimi mövqelərimiz hansısa işlərə təsir edibsə bu bizi məmnun edib. Sonrakı dövrdə də müşahidə edirdim ki, hansısa təkliflərimiz  cəmiyyət və dövlətin müvafiq qurumları vasitəsilə məqbul  qarşılanıb”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol