• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyan məmurlara Qarabağda əsgərlərə baş çəkməyi qadağan etdi

Sarkisyan məmurlara Qarabağda əsgərlərə baş çəkməyi qadağan etdi
08.02.2018 22:56
Ermənistan prezidenti Serj Sarkisyan Milli Məclisin deputatlarına Azərbaycanın işğal edilmiş ərazilərindəki hərbi hissələrə baş çəkməyi qadağan edib,  bu barədə araratnews.am saytı xəbər yayıb.

Baxmayaraq ki, Ermənistanda, eləcə də "DQR"də gizli qadağa haqda informasiyanı təkzib edirlər, erməni saytı dəqiqləşdirə bilib ki, Sarkisyan deputatların, həmçinin kiçik və orta təbəqə məmurlarının əsgərlərin olduğu mövqelərə qalxmalarına qadağa qoyulması barədə həqiqətən də göstəriş verib.

Ermənistan prezidentinin xoşuna gəlmir ki, xalqın xidmətçiləri hərbi qulluqçularla selfi çəkdirir və bu yolla özlərinə xal qazanırlar.

Bildirilir ki, iki ay əvvəl Sarkisyan öz partiyasının - Ermənistanı idarə edən Respublika partiyasının üzvləri ilə ciddi söhbət aparıb. O vaxtdan əsgərlərlə görüşmək və danışmaq şərəfinə yalnız prezident özü, həmçinin baş nazir və Milli Məclisin spikeri nail ola bilərlər.

Nazirlər və deputatlar isə hərbi hissələrdə yalnız o halda ola bilərlər ki, ən yüksək vəzifəli hansısa dövlət xadimini müşayiət edirlər.

Ermənistanda yeni il bayramında rəsmi şəxslərdən əsgərlərə heç kimin baş çəkməməsini və onlara heç bir sovqat aparılmamasını, hansı ki, deputatlar bunu bir növ ənənəyə çevirmişdilər, məhz bu qadağa ilə izah edirlər.

Bu baxımdan parlament üzvlərinin 2-4 fevralda Qarabağa səfərləri də istisna olmayıb. Belə ki, onlar yerli "parlament"ə baş çəkiblər, "prezident"lə və separatçı rejimin başqa nümayəndələri ilə görüşüblər, amma mövqelərə qalxmayıblar.

"Qarabağda əsgərin hesabına özünü reklam etmək qadağandır. Çünki belə səfərlər zamanı hətta orduda xidmət etməmiş adam da hərbi forma geyinir. Bu qadağa çox yüksək səviyyədə qəbul edilib və onun yerinə yetirilməməsi "ölümcül günahdır", - deyə "Qraparak" qəzeti yazıb.

"DQR"də isə bildiriblər ki, erməni KİV-də yazılanlar həqiqətə uyğun deyil. Ancaq bunu o qədər də inandırıcı şəkildə edə bilməyiblər. "DQR" rəhbərinin "mətbuat katibi" David Babayan deyib ki, erməni parlamentinin deputatlarına ön xəttə baş çəkmək qadağan edilməyib.

"Erməni deputatlarının Qarabağa səfərləri zamanı bir qayda olaraq, həmişə hərbi qulluqçularla görüşlər planlaşdırılır. Əsgərlərin döyüş ruhunu qaldırmaq, onların problemləri, döyüş növbəsinin icra edilməsi şərtləri ilə tanış olmaq çox önəmlidir", - deyə Babayan bildirib. Amma o izah etməyib ki , niyə son səfər zamanı deputatlardan heç kəs "əsgərlərin döyüş ruhunun qaldırılmasına" cəhd etməyib.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol