• $
  • €
  • ₽
  • ₺
  • £

Kreml İrəvanı başa sala bildi... – Politoloq

Kreml İrəvanı başa sala bildi... – Politoloq
29.05.2020 01:38
Ermənistanın NATO təlimlərindən imtina etməsi birbaşa Rusiyanın istəyi ilə bağlıdır.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, Kreml bu məsələ ilə bağlı İrəvana çox ciddi qulaqburması verib:

"NATO təlimlərinin hamısı Rusiyaya yaxın bölgədə - gah Polşada, gah Ruminiyada, yəni Şərqi Avropa ölkələrində həyata keçirilir. NATO-nun getdikcə Rusiya sərhədlərinə doğru irəliləməsi Moskvanı çox narahat edir. Üstəlik, NATO keçirilən təlimlərə vaxtilə Sovet İttifaqına daxil olmuş ölkələri də cəlb etməyə çalışır. Ukrayna və Gürcüstan ardıcıl olaraq bütün təlimlərdə iştirak edir. Nə qədər təəccüblü olsa da, bundan əvvəlki iki təlimdə Ermənistan da iştirak etdi.
 
Ancaq indi Ermənistan mətbuatından hiss olunur ki, Ermənistan AB ilə yaxın tərəfdaşlıq sazişinin imzalanmasından bir növ peşmançılıq çəkir. Çünki Kreml bunu durmadan Ermənistanın başına vurur. Görünür, Ermənistan artıq Rusiyanın tənqidlərindən nəticə çıxarıb. Bir növ Moskvanın istəkləri istiqamətində hərəkət edən İrəvan Rusiya-NATO qarşıdurmasının getdikcə kəskinləşdiyini nəzərə alaraq Alyansın təlimlərindən imtina edib”.

Politoloq bildirib ki, NATO-nun Baltik dənizindən tutmuş Qara dənizə qədər böyük bir ərazidə yerləşdirdiyi qoşun hissələri və hava hücumundan müdafiə sistemlərinin hamısı Rusiyanın Avropaya hücum ssenarisinə uyğun olaraq aparılır:

"Ermənistan belə bir şəraitdə NATO-nun təlimlərinə qatılsaydı, bu, açıq-aşkar Rusiya əleyhinə getmək olardı. Görünür, İrəvan gec də olsa, bunu başa düşüb və Rusiyanın güclü təzyiqləri fonunda geri çəkilməyə məcbur olub. Üstəlik, Sərkisyan hakimiyyət uğrunda ciddi mübarizə aparır. Ancaq müxalifət və Ermənistan əhalisi bundan tamamilə narazıdır. Hətta açıq hiss etdirməsə də, Rusiya da Sərkisyanın əleyhdarı kimi görünür. Moskva Karapetyanı müdafiə edir. Belə bir kövrək keçid dövründə Sərkisyanın NATO hərbi təlimlərinə qoşulması onun siyasi həyatına bir növ yekun vura bilərdi. Onsuz da ona qarşı daxildə ciddi hücumlar var. Burada Kremlin də müəyyən hərəkətlərinin əlavə edilməsi gözləniləndir”.

Qeyd edək ki, İrəvan NATO-nun Ermənistanda "Qılınc qoruması 2018” təlimindən və orada iştirak etməkdən imtina edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol