• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-ın Azərbaycanla bağlı dəhşətli planı - Xəritə

ABŞ-ın Azərbaycanla bağlı dəhşətli planı - Xəritə
16.02.2018 14:25
ABŞ-ın Böyük Yaxın Şərq xəritəsində dəfn ediləcəyini bilirdik. ABŞ Silahlı Qüvvələri, Türkiyə başda olmaqla, Yaxın Şərq ölkələrini bölmə xəritəsini dərc etmişdi. ABŞ xəritə deyil, özü üçün bir məzar qazıb. Xəritəni qaldırsanız, orada bir məzar görərsiniz.

Publika.az xəbər verir ki, bunu Türkiyənin "Aydınlıq” qəzetində Vətən Partiyasının lideri, Türkiyə "dərin dövləti”nə bağlı olduğu deyilən Doğu Perinçek yazıb.

Onun sözlərinə görə, ABŞ-ın başındakı Buş-Rays (kiçik Corc Buş. 2001-2009-cu illərdə ABŞ prezidenti olub. Kondaliza Rayz 2002-2005-ci illərdə milli təhlükəsizlik müşaviri, 2005-2009-cu illərdə dövlət katibi vəzifələrində çalışıb – red.) şəbəkəsi bu xəritədə gömüləcək.

D.Perikcek 29 iyul 2006-cı il tarixində Ankaranın Sakarya kücəsində keçirdiyi mətbuat konfransı və ABŞ-ın səfirliyi qarşısında söylənilən fikirləri xatırladıb:

"Amerikanı o xəritəyə göməcək güclərin xəritəsini ABŞ-ın səfirliyi qarşısında açıqladıq. Xəritəyə görə, Türkiyə, İran, İraq, Suriya, Səudiyyə Ərəbistanı və Pakistan parçalanmalı idi. Azərbaycan torpaqlarının bir hissəi Ermənistana və Türkmənistan torpaqlarının bir hissəsi isə ABŞ-ın "kuklası" Kərzaiyə (Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai – red.) verilirdi. Hansı güclə? Sərhədlər mürəkkəblə deyil, güclə çəkilir. Hər real xəritədə bir riyaziyyat var. Bütün bu ölkələri qarşısına alan ABŞ özünü Yaxın Şərqə dəfn edəcək bir güc müəyyən edib. İraq xalqı ilə bacarmayan ABŞ ordusu Türkiyə, İran, Suriya və digər Yaxın Şərq ölkələrini parça-parça edəcəkmiş. Bir tək Türkiyə, İran və Suriya üçlüyü belə bu planı pozacaq gücdədir. Atomu parçalaya bilərlər, amma Türkiyəni əsla”.

Partiya sədri qeyd edib ki, göründüyü kimi, ABŞ özünün hazırladığı bu xəritədə gömülür.

"Gömülmək Obamalara, Tramplara, Tillersonlara nəsib oldu. ABŞ-ın dövlət katibi Reks Tillersona da bir zamanlar mürəkkəblə cızdıqları xəritə göstərilməli və məzara gömülən o xəritənin başında bir anma çıxışının edilməsi üçün söz verilməlidir. Tillersona 2018-ci il büdcəsində PKK/YPG üçün ayrılan 550 milyon dolların da cənazə xərci olacağı bildirilməlidir”, - o yazıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol