• $
  • €
  • ₽
  • ₺
  • £

MSN-də kadr dəyişikliyi aparılıb

MSN-də kadr dəyişikliyi aparılıb
22.02.2018 13:30
Müdafiə Sənayesi Nazirliyində (MSN) kadr dəyişikliyi baş verib.

"AzeriDefence”nin məlumatına görə, nazirliyin aparıcı müəssisələrindən olan "Üfiq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədov tutduğu vəzifədən azad edilib. Onun yerinə "Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev təyin olunub.

Bununla yanaşı, "Üfiq” İstehsalat Birliyinin strukturlarında da kadr dəyişiklikləri olub.

Çingiz Əliyev uzun illər istehsalat sahəsində çalışmış, MSN-in bacarıqlı və sektoru bilən mütəxəssislərindən hesab olunur. Onun rəhbərlik etdiyi dövrdə "Optika-Mexanika” İstehsalat Birliyinin fəaliyyətində əhəmiyyətli dönüş olub. Müəssisələrin istehsal imkanları genişlənib və sifarişlərinin həcmində artım baş verib.

Qeyd edək ki, son illərdə R. Məmmədovun rəhbərlik etdiyi "Üfiq” İstehsalat Birliyinin müəssisələrində bir neçə hadisə olub. İki il öncə – 2016-cı ildə Birliyin Şirvan şəhərindəki "Araz” zavodunda ölümlə nəticələnən partlayış, fevralın 6-da isə "Radioquraşdırma” zavodunun anbarında yanğın baş verib.

MSN-dən "Azeri Defence”yə kadr dəyişikliyi xəbərini təsdiqləyiblər. Nazirlikdən bildirilib ki, bu günlərdə aparılan kadr dəyişikliyi nəticəsində "Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev "Üfiq” İstehsalat Birliyinə, "Üfiq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədov isə "Optika-Mexanika” İstehsalat Birliyinə rəhbər təyin edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol