• $
  • €
  • ₽
  • ₺
  • £

Tehran Bakıya görə İrəvanı atdı

Tehran Bakıya görə İrəvanı atdı
25.02.2018 15:50
Ermənilər şokdadır

"Tehran İrəvanı Bakıya dəyişdi". Bu başlıqlı məqalə Rusiyanın tanınmış portallarından birində - "pravda.ru"da dərc edilib.

Məqalədə qeyd edilir ki, İrəvanda heç cürə şokdan çıxa bilmirlər. Belə ki, 10 il bundan öncə Tehran Ermənistana dəmiryol xətti çəkmək sözü vermişdi. Lakin bu vaxta kimi heç bir iş görülməyib. Amma Bakı ilə Şimal-Cənub nəqliyyat dəhlizi çərcivəsində Qəzvin-Rəşt-Astara dəmiryol xəttinin inşaası ilə bağlı razılıq əldə edilib.

İranın İrəvandakı səfiri Səyid Kazem Səcadi erməniləri gözlərindəki çəhrayı eynəyi çıxarmağa vadar edib. Onun sözlərinə görə, Tehran Ermənistandan yol çəkmək niyyətində deyil. Ən azından öz hesabına. "Əgər İrəvan bizə sərmayədar təqdim etsə, bütün xərcləri həmin şəxs üzərinə götürsə tikintiyə razılıq verə bilərik".

İrəvanın isə yol üçün sərmayə verməyə hazır olacaq adamı tapması isə qəliz məsələdir. Buna təribən 200 milyon dollar lazımdır. Heç kim öz pullarını Azərbaycanla münaqişə həll edilməyənə kimi riskə atmaq istəmir. Dövlət büdcəsi isə demək olar ki, bomboşdur.

Bununla yanaşı Ermənistan şokda olduğu müddətdə Azərbaycan nəqliyyat diplomatiya sahəsindəki təşəbbüsü ələ alıb. Bakı və Tehran Azərbaycanın cənubu ilə İranın şimalını birləşdirməkdə razılaşıblar. Bundan başqa İranın nəqliyyat naziri Abbas Əhməd Axundi deyib ki, ölkəsi hazırda fəaliyyət göstərən Bakı-Tibilisi-Qars xəttinə qoşula bilər - Təbrizə kimi yolun çəkilməsi ilə.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol