• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanlı əsir Azərbaycan dilində danışır - VİDEO

Ermənistanlı əsir Azərbaycan dilində danışır -  VİDEO
26.02.2018 22:33
İndi sizə iki ölkə, Azərbaycan və Ermənistan arasında olan fərqi təqdim edəcəyik. Buraxılışmızın əvvəlində Xocalıda Ermənistan ordusunun dinc sakinlərə qarşı törətdiyi vəhşilikləri təqdim etdik. İndi isə bir neçə il əvvəl Azərbaycan ordusu tərəfindən qoşunların təmas xəttində tutulan Ermənsitan dversantının Bakıda, həbsxanadakı şəraiti ilə tanış edirik. Budur iki ölkə arasındakı fərq.

Azərbaycan şerini əzbər deyən, Ermənsitan ordusunun diversantı Arsen Baqdasaryan mina basdırarkən 2014-cü ilin dekabrın 26-da qoşunların təmas xəttində, Azərbaycan ordusu tərəfindən tutulub.

Milli.Az bildirir ki, məhkəmənin hökmü ilə o, 15 il azadlıqdan məhrum edilib. O, Ermənistanın kecmiş müdafiə naziri Seyran Ohanyanın əmri ilə böyük cinayət törətdiyini etiraf edib. Həbsxanada bizim dildə danışmağı öyrənən Arsen Baqdasaryan Azərbaycan bayrağını da başının üstündən asıb. O , bayrağı kartondan özü hazırlayıb.

Baxmayaraq ki, Arsen cinayət törədib, ona Azərbaycanda heç bir zorakılığ tətbiq edilməyib. Bunu o, ''Qarabağ-əsirlər və girovlar- Közərən Xaç'' filminin çəklişi zamanı etiraf edib.


Amma Şahbaz Quliyev və Dilqəm Əsgərov Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət edərkən tutulublar. Onlara, ağır işgəncə verilərək, saxta məhkəmə qurulub, Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrum edilib.

Arsen Baqdasaryan həbsxanadan Ermənistana mesajda verib. Beynəlxalq Qırmızı Xaç cəmiyyətinin vasitəsi ilə o, ailəsi ilə tez-tez danışır. Efir vasitəsi ilə hətta qardaşını yeni doğulan uşağına görə təbrik edib.

Həbsxanada normal şəraitdə qalan Arsen azərtbaycanlı məhkumlarla yaxşı münasibətdə olduğunu da deyir. Budur Azərbaycanla Ermənistanın fərqi.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol