• $
  • €
  • ₽
  • ₺
  • £

Əfv sərəncamı nə vaxt imzalanacaq? – Açıqlama

Əfv sərəncamı nə vaxt imzalanacaq? – Açıqlama
28.02.2018 15:08
Ola bilsin, əfv sərəncamı Novruz bayramında deyil, 28 May ərəfəsində açıqlansın.

Bu sözləri Axar.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Əfv sərəncamının nə zaman imzalanacağının dəqiq bilinmədiyini və bunun birbaşa prezidentin səlahiyyətində olduğunu deyən Əliməmməd Nuriyev baxılan müraciətlərə toxunub:

"Əfv Məsələləri Komissiyası öz işini başa çatdırmayıb, hələ iclaslar davam etməkdədir. Artıq bir neçə iclas keçirilib. Məhkumlar barəsində müraciətlərə, sənədlərə baxılır və bütün bu proseslər davam etdirilir. Əfv Komissiyası fasiləsiz olaraq çalışır. İclasa təqdim etmək üçün daxil olan müraciətlərlə bağlı müvafiq araşdırmalar aparılır, rəylər hazırlanır. Bu proseslər başa çatdıqdan sonra rəylər cənab prezidentə təqdim olunacaq. Yalnız bu mərhələdən sonra əfv sərəncamının verilməsini gözləmək olar”.

Əliməmməd Nuriyev onu da vurğulayıb ki, müraciətlər bütün məhkumlar haqqında daxil olur:

"Fərq etməz onun cəzası ömürlükdür, ya yox. Biz bu və digər şəxslərlə bağlı məlumatları dinləyir və qərar hazırlanması ilə bağlı rəy veririk. Rəyin nəzərə alınıb-alınmaması isə cənab prezidentin səlahiyyətində olan məsələdir”.

Qeyd edək ki, Azərbaycan müstəqillik əldə etdikdən bu günə qədər 61 əfv sərəncamı imzalanıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol