• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda piyadalar nəzarətə götürüldü

Bakıda piyadalar nəzarətə götürüldü
14.03.2018 09:37
Daxili işlər nazirinin ilkin əmrində 110 nəfər PPX əməkdaşı YPX-nə ezam olunmuşdusa, hazırda onların sayı 300-dən çoxdur


Respublika üzrə küçə və yollarda piyadaların hərəkətini tənzimləmək məqsədilə xidmət aparan polis əməkdaşlarının sayı artırılıb.


Avtosfer xəbər verir ki, son günlər Bakı şəhərində piyada zolaqlarının, piyadaların qayda pozaraq istifadə etdiyi ərazilərin yaxınlığında yol polisi geyimində xidmət aparan polislər Post-Patrul Xidmətinin əməkdaşlarıdır. Onlar bir neçə gün əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə PPX-dən YPX-yə ezam olunublar.


Son günlər həmin polislər şəhərin sıxlıq olan yerlərində, məktəblərin və digər idarə-müəssisələrin yaxınlığında xidmət aparırlar. Onlar nizamlanmayan keçidlərdə piyadaların və nəqliyyat vasitələrinin hərəkətini tənzimləyərək həm təhlükəsizliyi təmin edirlər, həm də sıxlıq yaranmasının qarşısını alırlar. Həmin əməkdaşlar piyadaları cərimələkdən çox onların hərəkətini nizamlamağa üstünlük verirlər. Amma cərimələr də yazılmaqda davam edir.


Xəbəri Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev də təsdiq edib. O bildirib ki, yollarda piyadavurma hadisələrinin qarşısının alınması, piyadalarda keçidlərdən istifadə vərdişlərinin formalaşması, keçid olmayan yerlərdən, eləcə də keçidlərin yaxınlığından təhlükə yaradaraq yola çıxan piyadaların qarşısının alınması məqsədilə yeni əməkdaşlar xidmətə cəlb edilib. Belə ki, daxili işlər nazirinin ilkin əmrində 110 nəfər PPX əməkdaşı YPX-nə ezam olunmuşdusa, hazırda onların sayı 300-dən çoxdur.


Kamran Əliyev bildirib ki, həmin PPX əməkdaşlarına müvafiq qaydada kurslar keçilib, vətəndaşlarla ünsiyyət, yol hərəkəti qaydaları və "Yol hərəkəti haqqında" qanunun tələbləri izah olunub. Biliklərə tam yiyələndikdən sonra xidmətə başlayıblar. Təkcə Bakıda yox, respublikanın bütün iri şəhər və rayonlarında xidmət aparan həmin əməkdaşların gördüyü işlər artıq müsbət nəticələr verir. Vaxtilə pik saatlarda sıxlıq yaranan küçə və yollarda indi nəqliyyatın və piyadaların hərəkəti normal şəkildə təmin edilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol