• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi attaşelər DSX-nin bazasında olub

Hərbi attaşelər DSX-nin bazasında olub
19.03.2018 21:46
Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bazası və "Sərhədçi” İdman-Olimpiya Mərkəzində olublar.
 
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AzVision.az-a verilən məlumata görə, 17 dövləti təmsil edən 27 nəfər hərbi attaşe heyəti əvvəlcə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində olub, SM-nin xidməti-döyüş fəaliyyətinə dair keçirilmiş təqdimatda dəniz sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi, maddi-texniki bazasının təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər, həmsərhəd və xarici ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verilib.

Ziyarətçilər bazanın fəaliyyəti və mövcud imkanları, o cümlədən qərargah binası, Birgə Komanda İdarəetmə Mərkəzi, Tədris mərkəzinin xarici dil, dalğıc, baxış qruplarının hazırlanması sinifləri, gəmi inşası və təmiri mərkəzində inşa edilmiş sərhəd gözətçi gəmilərinin texniki göstəriciləri ilə tanış oublar. 

"Sərhədçi” İdman-Olimpiya Mərkəzinə səfər zamanı mərkəzin binalar kompleksi, o cümlədən universal zalı, meydançaları, üzgüçülük hovuzu, mehmanxanası və digər maddi-texniki imkanları qonaqlara nümayiş etdirilib.

Ölkəmizin ən böyük və əzəmətli idman qurğularından olan, müasir tələblərə cavab verən mərkəzin 32 idman növü ilə məşğul olmağa, beynəlxalq səviyyəli yarışların keçirilməsinə imkan verməsi, son illərdə sərhədçi idmançıların və paralimpiyaçıların çoxsaylı beynəlxalq və yerli yarışların qalibi və mükafatçısı olması barədə məlumat verilib. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol