• $
  • €
  • ₽
  • ₺
  • £

Ankarada Xocalı abidəsi ucaldılacaq

Ankarada Xocalı abidəsi ucaldılacaq
27.03.2018 13:14
Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER) və Yenimahalle Bələdiyyəsinin birgə əməkdaşlığı çərçivəsində Ankaranın ən böyük məhəllələrindən biri olan Yenimahalledə Xocalı soyqırımı abidəsi ucaldılacaq və mövcud bir parka "Xocalı” adı veriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən anews.az-a verilən məlumata görə, bu barədə Türkiyə Azərbaycan Dərnəyi İdarə Heyəti üzvlərinin Yenimahalle Bələdiyyəsinin sədri Fethi Yaşarla görüşündə razılıq əldə olunub.

Görüşdə, Türkiyədə son dövrdə Azərbaycanın həqiqətlərinin daha çox təbliğ olunması və Xocalıda 26 il öncə yaşanan insanlıq dramı ilə əlaqədar müxtəlif formatlı tədbirlərin həyata keçirildiyi, Türkiyənin əksər bələdiyyələri tərəfindən bu istiqamətdə fəaliyyətlərinə geniş yer verdiyi, bunun iki qardaş ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsində vacibliyi qeyd olunub.

Türkiyə Azərbaycan Dərnəyi İdarə Heyətinin üzvləri bu kimi fəaliyyətlərin Türkiyə-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi ilə yanaşı, ortaq problemlərimizin birgə həlli üçün mühüm rol oynadığı vurğulanıb.

Yenimahalle Bələdiyyəsinin sədri Fethi Yaşar görüşdən məmnun olduğunu və belə görüşlərin müsbət töhfələr verəcəyinə əminliyini ifadə edib. F.Yaşar məsələnin Yenimahalle Bələdiyyəsinin aprel ayı üçün nəzərdə tutulmuş planlarına daxil edilməsi ilə bağlı göstəriş verdiyini qeyd edib.

Türkiyə Azərbaycan Dərnəyinin sədri Enver Türkoğlu, Dünya Azərbaycanlı Gənclər Birliyi Mərkəzi Şurasının üzvü Ahmet Gencehan Babiş və dərnəyin idarə heyətinin üzvləri bələdiyyə sədri F.Yaşara görüş üçün yaratdığı şərait və göstərdiyi dəstəyə görə təşəkkür edərək, bundan sonra da iki qardaş dövlət üçün fəaliyyətlərinin davam etdirilicəyinə əminnlik ifadə ediblər.

Xatırladaq ki, Yenimahalle Bələdiyyəsinin sədri F.Yaşar, özünün Tvitter hesabından fotoşəkil paylaşaraq "Yenimahalle ərazisində bələdiyyəmiz və Türkiyə Azərbaycan Dərnəyi ilə əməkdaşlıq çərçivəsində, Xocalıda yaşanan insanlıq dramının unudulmaması üçün içərisində soyqırım abidəsi olan bir park inşa edəcəyik" deyə qeyd edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol