• $
  • €
  • ₽
  • ₺
  • £

Rusların Ermənistanda qoruduğu gizli atom bombası

Rusların Ermənistanda qoruduğu gizli atom bombası
29.05.2020 01:22
Ermənistan Avropa Birliyinin Metsamor Atom Elektrik Stansiyasının (AES) işinin dayandırılması barədə tələbinə riayət etmək fikrində deyil.
İstiPress-in məlumatına görə, bunun əvəzinə Ermənistan 2018-2019-cu illərdə AES-in əsaslı təmirini gerçəkləşdirməyə qərar verib. Ermənistanı bu addımı atmağa Rusiya məcbur edir.

Birincisi, Rusiya Avrasiya İttifaqına və KTMT-yə daxil etdiyi Ermənistanı öz zonası sayır və İrəvanın tərəfdaşlıq sazişi bağladıqdan sonra Avropa Birliyinin əmrlərinə tabe olması Kreml üçün xoş deyil. İkincisi isə AES-in mülkiyyət hüququnun müəyyən hissəsi Rusiyaya məxsusdur və Moskva qəzalı sayılan AES-i sökərsə yerində yeni blok tikməlidir.


"Rosatom” tərəfindən tikiləcək həmin stansiyanın gücü 600 MVt və dəyəri 5 milyard dollar olmalıdır ki, Moskva hələ ki, bu layihəni gerçəkləşdirmək niyyətində deyil. Təxminən 300 milyon dollarlıq modernləşdirmə (270 milyon dollar kredit və 30 milyon dollar qrant) ilə stansiyanın istismar müddətini daha 10 il uzatmaq niyyətindədir.

Erməni tərəfi də respublikanın enerciyə olan tələbatının 40 faizini verən AES-lə vidalaşmaq niyyətində deyil. 1990-cı illərdə Spitak zəlzələsindən sonra işi dayandırılmış AES ölkəni qaranlığa qərq etmişdi. İş yerləri dayanmışdı, Ermənistan aclıq  və səfalətə bürünmüşdü. Ermənilər üçün AES-in işinin dayanması həmin qaranlıq günlərin geri qayıtması deməkdir.

Avropa Birliyinin tələbləri də əsassız deyil. 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəza göstərdi ki, ilk sovet AES-lərinin partlayış  təhlükəsi yüksəkdir, çünki atom bombası ilə eyni texnologiya əsasında qurulublar. Yəni Mesamor AES-i İrəvan yaxınlığında gizlədilmiş atom bombası da saymaq olar. Yəni Avropa Birliyi regionda yeni fəlakət ocağının yaranmasından qorxur.

Ermənistanın alternativ çıxış yolları da var. Məsələn, 50 meqavatt gücündə mobil AES-lər də quraşdıra bilər. Modern texnologiyalı bu AES-lər çox təhlükəsizdir. Amma məsələ bundadır ki, Ermənistanın həmin AES-ləri almağa pulu yoxdur, Rusiya isə gördüyü işi kreditə hesablayır. Buna görə də İrəvanın Rusiyanın qucağında oturmaqdan başqa yolu yoxdur.      



  







www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol