• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan yeni silahlarını nümayiş etdirəcək

Azərbaycan yeni silahlarını nümayiş etdirəcək
03.04.2018 15:30
Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı möhtəşəm hərbi parad keçiriləcək. Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani məlumatı təsdiqləyib. Bildirib ki, 26 iyunda keçirilərək hərbi paradda Azərbaycan ordusunun ən müasir silah və texnikaları nümayiş etdiriləcək.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov bununla bağlı Azvision.az-a açıqlamasında deyib ki, Azərbaycanda hərbi paradın keçirilməsinə ehtiyac var. Ölkəmizdə çoxdandır ki, parad keçirilmir.

"Ötən müddət ərzində Azərbaycan çoxlu sayda müasir silah və texnikalar alıb. Bildiyimiz kimi, bu il Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyidir. Bundan başqa Ermənistan mətbuatı aprel döyüşlərindən sonra müəyyən formada öz silahları və silahlanması ilə bağlı məlumatlar yaymağa çalışır. Bütün bu proseslər fonunda xalq da artıq hərbi parad görmək istəyir. Bu, çox möhtəşəm bir tədbirdir. Ona görə hesab edirəm ki, artıq sözdən rəsmi formaya keçək lazımdır” - polkovnik bildirib.

Ş.Ramaldanov vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin paradda göstərməyə yetərincə silah-sursatı var: "Ordunun təlimlərində xalqımız silahlar, yeni texnika haqqında məhdud çərçivəsində məlumat ala bilir. Ancaq, hərbi parad numayişkaranə tədbirdir. Paradda Azərbaycan aldığı silahları həm xalqa, həm bizi istəyən və istəməyən qüvvələrə göstərəcək. Hamı hansı silah və texnikaya malik olduğumuzu görəcək”.

Naxçıvanda möhtəşəm hərbi paradın keçirildiyini xatırladan Ş.Ramaldanov vurğulayıb ki, bu paradın əks-sədası indiyə qədər gəlməkdədir:

"Növbəti hərbi parad həm də böyük bayram olacaq”.

Polkovnik qeyd edib ki, paradda həm yerli, həm də müxtəlif ölkələrdən alınan ən müasir silahlar nümayiş olunacaq:

"Bu paradda həm yerli müdafiə sənayesinin istehsal etdiyi və həm də Azərbaycanın bir neçə ölkədən aldığı ən müasir silahalar nümayiş olunacaq. Hansı ki, bu silahlar Azərbaycan ordusuna silahalanmasına daxil edilib. Bu silahlar 21-ci əsrin silahlarıdır. Həmin silah və texnikaları görən xalqda ruh yüksəkliyi yaranacaq. Onlar bir daha əmin olacaqlar ki, Qarabağı ordunun gücü ilə azad etmək mümkündür”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol