Rusiya İrəvana yeni “İsgəndər” verir? – Rəsmi

İrəvan Rusiyadan "İsgəndər” komplekslərinin alınması ilə bağlı xəbərə münasibət bildirib.
Axar.az xəbər verir ki, "İnterfaks” agentliyinin sorğusuna verdiyi cavabda Ermənistan Müdafiə naziri Vigen Sərkisyan deyib.
"Biz daimi olaraq tərəfdaşlarımızla silah tədarükü imkanları, o cümlədən maliyyə vasitələrinin tədarükü məsələsində çalışırıq”, – deyə sorğuya cavabda nazir bildirib.
O, ayrılacaq üçüncü hərbi kreditin konkret nəyə sərf ediləcəyini açıqlamayıb.
Qeyd edək ki, ötən gün "Jamanak” qəzeti öz mənbələrinə istinadən Rusiyanın Ermənistana üçüncü hərbi krediti verəcəyini açıqlayıb. Faizsiz verilən hərbi kreditləri İrəvanın "İsgəndər”lərə xərcləyəcəyi iddia edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Son xəbərlər 
Daha çox 






















