• $
  • €
  • ₽
  • ₺
  • £

Aprel şəhidinin adı əbədiləşdirildi

Aprel şəhidinin adı əbədiləşdirildi
09.04.2018 12:08
Millət vəkili Qənirə Paşayeva Qusarda Çağar Kışlak kəndində Aprel zəfərinin şəhid qəhrəmanı Əmiraslan Xeyirbəyovun anım tədbirində iştirak edib.

Axar.az xəbər verir ki, millət vəkili qəhrəmanın xatirəsinə hazırlanmış Şəhid bulağının açılışında çıxış edib.

Millət vəkili gəncləri qəhrəman Əmiraslan Xeyirbəyovdan nümunə götürməyə səsləyib:

"Qəhrəman şəhidimiz Əmiraslan Xeyirbəyov məktəbi əla qiymətlərlə oxumasına, hərbi-vətənpərvərlik, idman yarışlarında hər zaman uğurlar qazanmasına baxmayaraq məktəbi bitirən kimi ilk işinin vətən qarşısında hərbi xidmət borcumu yerinə yetirmək olduğunu bildirib və əsgərliyə yollanıb. Hərbi xidməti dövründə hər zaman nümunəvi xidmət edib, əsl vətənpərvərlik göstərib”.

Q.Paşayeva insanları Ali Baş Komandanın ətrafında daha sıx birləşməyə çağırıb.

Millət vəkili çıxışında Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan torpaqlarımnın işğaldan azad olunacağına inamın böyük olduğunu bildirib:

"Bütün şəhidlərimizin ruhu da o zaman sakitlik tapacaq”.

Q.Paşayeva şəhidlərin ailələrinə səslənərək hər zaman onların yanında olduqlarını qeyd edib.

Q.Paşayeva, həmçinin "Aprel 2016” Şəhid Ailələrinə dəstək İB-nin həmsədrləri Sevinc Alırzayeva və Aida Eyvazlı şəhidin ailəsini də ziyarət ediblər, onlarla geniş söhbət ediblər, qayğıları ilə maraqlanıblar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol