• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda 5 dövlətin böyük savaş planı

Qarabağda 5 dövlətin böyük savaş planı
10.04.2018 19:50
Ermənistanda artıq müharibə ssenariləri yazılır

Erməni KİV-ləri yaxın günlərdə Qarabağda və hətta İrəvan ətrafında baş verəcək müharibənin ssenariləri ilə doludur.
 

İstiPress-in məlumatına görə, bu məsələdə az-çox populyar olan KİV-lər daha fəaldır.

Məsələn, erməni diversantların məşhur komandiri Vova Vartanov "1in.am”a müsahibəsində Azərbaycanın Naxçıvan və Çəmğərəkdən (Krasnoselskdən) hucum edəcəyini iddia edir. Populyar siyasi analitik Naira Ayrumyan isə "Lragir”də yazdığı məqalədə Azərbaycanın aprelin ortalarında Ermənistandakı hakimiyyətsizlikdən istifadə edə biləcəyini iddiva edir. Naira Ayrumyan hətta Ermənistan ordusunun bu hücuma hazırlaşdığını iddia edir.

Region dövlətlərindən Rusiya da müharibəyə hazırlaşır. Sabiq millət vəkili Nazim Bəydəmirli  sosial şəbəkədə yazdığı statusunda Kremlə yaxın mənbənin onunla fərdi söhbətdə Rusiyanın qərblə müharibəyə hazırlaşdığını bildirib.

Nə baş verir? Rusiya Qərblə Ukraynda uğrunda müharibəyə hazırlaşır. Nə gözlənilir - Ukrayna, Moldova, Gürcüstan üçlüyünə Azərbaycandamı qoşulacaq və bunun vasitəsi ilə Pakistan və Türkiyədəmi Qarabağ müharibəsinə daxil olacaq?  Bu nə dərəcədə realdır? Bu müharibədə nəzəri olaraq qələbə mümkün olsa da, region üçün böyük fəlakətlərlə nəticələnə bilər. Azərbaycanın və Türkiyənin qərbin maraqları uğrunda Rusiya ilə bu kamikadze savaşına  girməsi nə dərəcədə məntiqlidir?

Lakin Nazim Bəydəmirlə İstiPress-ə müsahibəsində şəxsi tanışı olan həmin professorun müharibənin Qafqazda deyil, Avropa istiqamətində olacağını vurğulayıb: "Rusiya Qafqazda hər şeyi nəzarətdə saxlayır, elə Suriyada da Türkiyə ilə anlaşması hər iki dövlətin maraqlarına uyğundur. Təbii ki, bu anlaşma pozulmayacaq və Qarabağ nizamlanması ATƏT-in Minsk qrupunun apardığı danışıqlar çərçivəsində davam edəcək”.
 
Yəni bu Azərbaycan üçün daha məqbul variantdır, Hər halda, atəşkəsin davam etdiyi 25 ildə Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edib, ölkədə əhali sayı 2 dəfəyə qədər artaraq 10 milyona çatıb. Ermənistan isə əhalinin böyük köçü ilə üz-üə qalmış boşalan regiona çevrilib. Yəni Azərbaycan üçün Qarabağ münaqişəsini maksimum az qan tökməklə BMT prinsipləri  çərçivəsnndə həll edilməsi daha məqbuldur.

Türkiyə tərəfi də Qarabağ münaqişəsinin dinc yolla həllinin vacibliyini vurğulayır. Bakıda Qoşulmama hərəkatının toplantısı ilə bağlı səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu münaqişənin dinc yolla həlli üçün BMT və ATƏT-in, Minsk qrupu ölkələrinin səy göstərməsinin vacibliyini vurğulayıb:
"Biz hər zaman, hər şərtlə qardaş Azərbaycanın həmişəlik yaşayırıq. Nə zaman harada bizə bir ehtiyac duyduğu zaman biz qardaşlarımızın yanında olduq, bu gün də yanındayıq, sabah da yanında olacağıq”,- deyə Çavuşoğlu vurğulayıb.




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol