• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ Ermənistanı bu cür məhv edir – Babayan yazdı

Qarabağ Ermənistanı bu cür məhv edir – Babayan yazdı
13.04.2018 11:10
Sovet illərində Rusiya FSR ilə ümumi sərhədləri olmayan Ermənistan mərkəzlə əsasən Azərbaycan SSR ərazisi ilə əlaqə yaradırdı. Ancaq Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistan özünü faktiki olaraq iqtisadi blokadaya atdı. Aydındır ki, blokadanın yarılması Ermənistana genişmiqyaslı iqtisadi layihələrə qoşulma imkanı verəcək, bunun nəticəsində respublika rifah yoluna girəcək.

Ərazi münaqişələrinin dəstəklənməsindən imtina etmək ideyasının həyata keçirilməsi qarşılıqlı faydalı iqtisadi layihələrin hazırlanması və həyata keçirilməsinə gətirib çıxaracaq, bu isə Rusiya Federasiyasına qarşı tətbiq olunan sanksiyaların artdığı bir şəraitdə xüsusilə vacibdir.

Axar.az xəbər verir ki, bu sözlər "Vestnik Kavkaza”nın köşə yazarı Mamikon Babayanın Ermənistanı iqtisadi blokadadan çıxarmaq yolları haqda yazısındandır.

O qeyd edib ki, Ermənistan üçün Qarabağ müharibəsinin aydın nəticəsi respublikadakı mövcud vəziyyətə indi də mənfi təsir göstərən ağır iqtisadi vəziyyətdir:

"Münaqişə nəticəsində Ermənistan siyasəti təcrid vəziyyətinə düşdü. Ermənistan 4 ölkə ilə həmsərhəddir ki, onlardan ikisi ilə yumşaq dillə desək, münasibətləri uyğunlaşmır. Türkiyə Azərbaycanın strateji müttəfiqidir və sərhədləri əvvəlki kimi Ermənistan üçün qapalı saxlayır. 90-cı illərin əvvəlində SSRİ-nin süqutundan sonra Türkiyənin Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən olmasına baxmayaraq, diplomatik əlaqələrin qurulması və qarşılıqlı faydalı ticarət sazişlərinin bağlanması mümkün olmadı. İran Ermənistana qarşı dostluq siyasəti həyata keçirsə də, Qərblə düşmən münasibətindədir. Abxaziya və Osetiya problemlərinin həll olunmaması isə Gürcüstan və Ermənistan arasında əməkdaşlığa müəyyən məhdudiyyətlər gətirir.

Nəqliyyat təcridi müasir Ermənistan üçün vacib problemlərdəndir. Nəqliyyat blokadası özünü dəmir yolu nəqliyyatında da göstərir. Dağlıq Qarabağ münaqişə nəticəsində Naxçıvan MR ərazisindən keçdiyi üçün Meğri və Masis rayonlarını birləşdirən dəmiryolu xətti bağlandı. Bu gün Ermənistan da Naxçıvan Muxtar Respublikasını blokadada saxlayır.

Beləliklə, Ermənistanın cənubu dəmiryolu əlaqəsindən kəsilir, dəmiryolu şəbəkəsi yalnız ölkənin şimal rayonlarında fəaliyyət göstərə bilir. Ermənistanda Ermənistan-İran dəmiryolunun tikintisi ilə yol infrastrukturunun potensialını bərpa etməyə ümid edirlər, lakin layihə hələ də həyata keçirilməyib.

Dəmiryol xəttinin inkişafı üçün ikinci perspektivli sahə Abxaziyanın ərazisindən keçən Zaqafqaziya dəmiryolunun bir hissəsinin bərpası ola bilər. Bunda həmçinin Rusiya da maraqlıdır. Belə ki, 1991-ci ildən indiyə qədər Tiflis gürcü-abxaz münaqişəsinə görə Soçi-Suxumi-Tiflis-İrəvan marşrutu ilə dəmiryol əlaqəsini kəsib. Ötən 24 il ərzində isə həmin magistral tamamilə tənəzzülə başlayıb.

Ermənistanın iqtisadi blokadası postsovet məkanında inteqrasiya proseslərində iştirakının qarşısını aldı, təkbaşına isə Ermənistan üçün xarici borcu illik gəlirindən dəfələrlə çox olan ölkələrin siyahısında yer almamaq çətin olacaq. Ancaq ölkənin KTMT-da iştirakına baxmayaraq, respublikanın və bunun nəticəsi olaraq Dağlıq Qarabağın militarizasiyası İrəvanı orduya fəal şəkildə sərmayə qoymağa vadar edir. Bu isə insanların həyatına və respublikanın siyasi elitasının ritorikasına iz qoyur. Xalq daimi olaraq münaqişənin gərginləşməsi qorxusu ilə yaşayır və bu da həmçinin miqrasiya bəhanələrinə xidmət edir.

Sovet İttifaqının süqutundan əvvəl Ermənistan özünün xammal tələbatını müttəfiq respublikalardan idxal hesabına təmin edirdi. Beləliklə, Azərbaycan Ermənistana kimya və yanacaq sənayesi, maşınqayırma, tərəvəz məhsulları verirdi. Ermənistan isə əsasən hazır məhsullar – iş alətləri, kənd təsərrüfatı maşınları, avtomobillər, geyim və qablar göndərirdi. 1980-ci illərin sonunda Ermənistanın istehsal həcminin 70 faizi idxal olunan məhsullara əsaslanırdı. Eyni zamanda, istehsalın 60 faizi ixrac edilirdi. Müharibə səbəbindən Ermənistan təcili olaraq özü üçün alternativ karbohidrogen mənbələri axtarmağa məcbur qaldı. İran 90-cı illərin ortalarından etibarən əsas enerji idxalçısı və Ermənistanın enerji təhlükəsizliyinin təminatçısı oldu. Bu gün Ermənistan, deyilənə görə, yüksək qiymətlərlə satılan İran qazından asılıdır.

İqtisadi blokada Ermənistanda bir çox sənaye sahələrini məhv etdi. RAN İqtidadiyyat İnstitutunun (postsovet ölkələrinin sosial-iqtisadi inkişafı: iyirmi illiyin nəticələri) məlumatlarına görə, müharibədən sonra sənaye sahəsində işləyənlərin sayı 458 min nəfərdən 180 minədək (2.5 dəfə) azalıb ki, bu da öz növbəsində elektrik enerjisi, təbii qaz istehsalının və istehlakının azaldılmasına təsir göstərib. Eyni zamanda, kənd təsərrüfatında məşğulluq 389 min nəfərdən 567 min nəfərədək artıb (1.5 dəfə)

Bu gün Ermənistan informasiya texnologiyalarına sərmayə qoyur. Eyni zamanda, hər hansı bir inkişaf etməkdə olan sənaye sahəsində olduğu kimi, Ermənistanın start-apları da texnologiya dəyişikliyinə tez cavab vermək ehtiyacı ilə üzləşirlər. Sənaye miqyasında rəqabət qabiliyyətli məhsullar istehsal etmək üçün daha geniş bir auditoriya və qlobal investisiyaların cəlb edilməsi lazımdır ki, buna da həll olunmamış Qarabağ məsələsi maneə törədir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol