Orduda idman yarışları keçirilir

Azərbaycan Ordusunda müxtəlif idman növləri üzrə yarışlar keçirilir.
Müdafiə Nazirliynin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, idman tədbiri nazir Zakir Həsənovun təsdiqlədiyi 2018-ci il üçün hazırlıq planına əsasən həyata keçirilir.
Birlik, birləşmə və hərbi hissələrin şəxsi heyətinin qatıdığı və müxtəlif mərhələlərdə keçirilən yarışlarda şəxsi heyət qüvvə və bacarıqlarını sınayacaq. Qaliblər komandanlıq tərəfindən mükafatlandırılacaq.
www.anews.az
























