• $
  • €
  • ₽
  • ₺
  • £

Supergüc generalları yenə Bakını seçdi – Müzakirə

Supergüc generalları yenə Bakını seçdi – Müzakirə
19.04.2018 16:46
Azərbaycan beynəlxalq dialoq platforması kimi faktiki olaraq bütün dünyada qəbul olunub.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) Körtis Skaparottinin Bakı görüşünə münasibət bildirərkən deyib. O bildirib ki, bundan əvvəl də Rusiya və Qərb generallarının Bakıda görüşləri keçirilib:

"Yenə də iki böyük güc mərkəzinin rəhbərləri Bakıda görüşür. Şübhəsiz ki, bu, önəmli hadisədir. Xüsusilə NATO ilə Rusiya arasında ciddi ziddiyyətlərin olduğu bir zamanda belə bir görüşün növbəti dəfə Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq danışıqlar üçün ideal mərkəz olduğunun sübutudur. Bu, bir daha ölkəmizin nə dərəcədə önəmli coğrafi mövqeyə, siyasi nüfuza malik olduğunu təsdiqləyir”.

Analitikin sözlərinə görə, adətən belə görüşlərdə siyasi qərarlar qəbul olunmur:

"Çünki hər iki tərəfin nümayəndəsi hərbi kəsimi təmsil edir. Hərbi kəsim isə o zaman qərarları yerinə yetirir ki, bu barədə siyasi iradə olsun. İndiki şəraitdə çox güman ki, tərəflər Yaxın Şərqdəki, Suriyadakı davranışlarını razılaşdıracaqlar. Siyasi münasibətlər hətta kəskin olanda da Rusiya ilə ABŞ və NATO arasında hərbi müstəvidə dialoq pəncərəsi hər zaman özünü qoruyub saxlayıb. İndiki şəraitdə də əməliyyatlar zamanı tərəflərin daha az zərər çəkməsi və əməliyyatların koordinasiyası ilə bağlı məsələlər müzakirə olunacaq”.

Analitik belə görüşlərin Bakıda keçirilməsinin səbəblərindən biri kimi Azərbaycanın neytral mövqeyini göstərib:

"Burada Bakının beynəlxalq müstəvidə neytral ölkə mövqeyini qoruyub saxlaması da önəmli rol oynayır. Digər faktor isə hər iki tərəflə Azərbaycanın münasibətlərinin kifayət qədər yaxşı olmasıdır. Eyni zamanda, Azərbaycandakı təhlükəsiz mühit belə görüşlərin keçirilməsini əlverişli edir”.

Qeyd edək ki, bu gün Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Birləşmiş Qoşunlarının Baş komandanı Körtis Skaparottinin Bakı görüşü olacaq. Generallar birlikdə Prezident İlham Əliyevlə görüş keçiriblər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol