• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident tapşırıq verdi - Bu məmurlar nazirliyə çağırıldı

Prezident tapşırıq verdi - Bu məmurlar nazirliyə çağırıldı
20.04.2018 14:20
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verilən tapşırıqların icrası ilə bağlı Energetika Nazirliyində kollegiya iclası keçirilib.
 
GoldNews.Az xəbər verir ki, Nazirliyin şöbələri və tabeliyindəki qurumların, eləcə də "Azərenerji” ASC, "Azərişıq” ASC, "Azəristiliktəchizat” ASC, SOCAR və "Azəriqaz” İB-nin rəhbər və səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasda energetika naziri vəzifəsini icra edən Pərviz Şahbazov dövlət başçısının bir çox sahələr kimi enerji sektorunda da qarşıdakı dövr üzrə mühüm vəzifələr müəyyənləşdirdiyini diqqətə çatdırıb.
 
Pərviz Şahbazov bildirib ki, ilin sonuna kimi ölkədə qazlaşdırmanın 95 faizə çatdırılması, "Şimal-2” elektrik stansiyasının tikintisinin yekunlaşdırılması, ölkənin inkişafını, əhali artımını, sənayeləşmə prosesini nəzərə alaraq, 5-10 il sonra daxili istehlaka tələbatın proqnozlaşdırılması, xarici enerji bazarlarının təhlili nəticəsində ixrac potensialının müəyyən edilməsi, alternativ və bərpa olunan enerjinin istehsalı sahəsinin təhlili əsasında külək, günəş və su elektrik stansiyalarının tikintisi istiqamətlərində tapşırıqlar verilib. Sadalanan istiqamətlər üzrə mövcud vəziyyətin və imkanların təhlili əsasında birgə tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb, tapşırıqların nəzərdə tutulduğu vaxta qədər icrasının mümkünlüyü ifadə edilib.

Sonra "Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev ölkədə generasiya gücləri, orta və uzunmüddətli inkişaf planları, elektrik enerjisinin ixrac perspektivləri, eləcə də "Şimal-2” elektrik stansiyasının tikintisinin gedişatı ilə bağlı məruzə edib. 

Daha sonra isə "Azərişıq” ASC-nin sədri Baba Rzayevin ölkədə elektrik enerjisinin təminatı və elektrik şəbəkəsinin mövcud vəziyyəti, daxili istehlakın orta və uzunmüddətli inkişaf tendensiyası barədə məruzəsi dinlənilib. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və bu sahəyə özəl sektorun cəlbinin perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Bu günlərdə "Azərenerji” ASC şirkəti ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti "TAVANİR” arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilənin imzalanması elektrik enerjisinin ixrac bazarının genişləndirilməsi tədbirlərindən biri kimi qiymətləndirilib.

İclasda həmçinin ölkənin qazlaşdırılması çərçivəsində görülən işlərdən bəhs edilib. Qazlaşdırma layihələrinin həyata keçirilməsində dövlət dəstəyinin xüsusi rolu qeyd edilib. Hazırda ölkədə əhali abunəçilərinin qaz təchizatı şəbəkəsi ilə əhatələnmə səviyyəsinin 93,9 faizə çatdırıldığını deyən SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov bildirib ki, 2018-ci ildə regionların qazlaşdırılması proqramı müvafiq təkliflər üzrə hazırlanıb. Proqrama Respublikaının regionlarında 42 inzibati rayon üzrə yaşayış məntəqələri və qəsəbələrinin qazlaşdırılması tədbirləri daxildir. Müzakirələr zamanı qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ mənbələrlə təminatı məsələsinə də toxunulub. Maye qazla təminat imkanları nəzərdən keçirilib.

Yekunda Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının çıxışından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün müvafiq tapşırıqlar verilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol