• $
  • €
  • ₽
  • ₺
  • £

Tovuzda faciə: Aprel qazisi özünü öldürdü

Tovuzda faciə: Aprel qazisi özünü öldürdü
20.04.2018 15:02
2016-cı ilin aprelində Qarabağda gedən döyüşlərin iştirakçısı, bu döyüşlərdə ağır yaralanan, ancaq həkimlərin səyi ilə ölümdən xilas olan 26 yaşlı döyüşçü Fazil Abdiyev Tovuz şəhərində intihar edib.

Virtualaz.org xəbər verir ki, aprel döyüşçüsü özünü yaşadıqları evdə asıb.

Xəbəri Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Niftalı Qasımov təsdiqləyib. İcra hakimiyyətinin başçısının müavini bildirib ki, hazırda faciənin səbəbləri araşdırılır.

"Təəssüf ki, igid döyüşçümüz ötən gün intihar edib. Biz xəbəri dünən eşitdik, əməkdaşlarımız yas yerində olublar, dəfndə iştirak ediblər. Onun işlə, dolanışıqla bağlı problem yox idi, biz onu işlə təmin etmişdik. Tikinti sahəsində mühəndis işləyirdi. Görünür psixoloji problemləri olub. Hazırda hansı səbəbdən intihar etdiyi araşdırılır”.

Niftalı Qasımov onu da qeyd edib ki, F.Abdiyev ötən il də apreldə intihara cəhd edib: "Yaxınlarından öyrəndik ki, ötən ilin aprel ayında da intihar etmək istəyibmiş. Görünür döyüşdə keçirdiyi psixoloji sarsıntılarla əlaqədar olub”.

İntihar faktı bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

F. Abdiyev Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. O, aprel döyüşlərində də böyük şücaət göstərib. Döyüşlərdə Fazilin bir neçə döyüş yoldaşı şəhid olub, onun özü ağır yaralanıb. Fazili şəhid olan əsgərlərin arasında ağır yaralı halda tapıblar. Həkimlərin səyi nəticəsində onu həyata qaytarmaq mümkün olub.

Ordudan tərxis olunandan sonra Fazil Abdiyev rayona qayıdıb, mülki işdə işləməyə başlayıb. Tovuz sakinlərindən aldığımız məlumata görə intihar hadisəsi evdə heç kimin olmadığı vaxtda baş verib. Belə ki, dünən aprelin 19-da səhər saatlarında Fazilin atası və qardaşı iş dalınca evdən çıxıblar. Xəstəxanada tibb bacısı işləyən anası isə növbədə olub. Evdə heç kimin olmamasında istifadə edən Fazil özünü asıb.

Fazil Abdiyev intihardan bir neçə gün əvvəl qonşularına deyibmiş ki, yoldaşlarının ölümü ona pis təsir edib. O, döyüş yoldaşlarının ölümü ilə barışa bilmirmiş.

Deyirmiş ki, "''Niyə onlar öldü, mən ölmədim’’. Görünür, müharibə, döyüşlər onda acı iz buraxıbmış...''-Tovuz şəhəri üzrə İcra Nümayəndəliyinin rəhbəri Yaşar İbrahimov deyib. Onun sözlərinə görə, Fazil çox sakit, təmkinli, tərbiyəli, eyni zamanda cəsur gənc idi, tanıyanların hamısı onun hörmətini saxlayırdı...

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol