• $
  • €
  • ₽
  • ₺
  • £

Cəbhədə hər an şiddətli toqquşmalar başlaya bilər

Cəbhədə hər an şiddətli toqquşmalar başlaya bilər
29.05.2020 02:27
"Rusiya siyasi-hərbi rəhbərliyi Ermənistanda öz vassalını qoruyub saxlamaq üçün Qarabağ kartından istifadə etməyi də mümkün variantlardan biri kimi işə salmağa hazırlaşır. Tam ciddi olaraq Azərbaycan siyasi və hərbi rəhbərliyinə müraciət etmək istərdim ki, yaxın bir neçə gündə və həftələrdə son dərəcə ayıq-sayıq olmamız gərəkdir".
 
GoldNews.Az xəbər verir ki, bu fikirləri Ermənistanda baş verən olaylara münasibət bildirərkən ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov səsləndirib.
 
O qeyd edib ki, Putinin bu gün İrəvana təcili zəngi və axşam saatlarında Ermənistan Xarici İşlər nazirini tələm-tələsik Moskvaya çağırması onu deməyə tam əsas verir ki, rəsmi Moskva Ermənistanda rəhbər seçimi məsələsində öz istəyinə nail olmaqda çox böyük çətinlik çəkdiyinə görə, ola bilsin cəbhədə yaxın saatlarda və günlərdə şiddətli toqquşmalar başlasın: 
 
"İnanın ki, daxilimdə çox böyük narahatçılıq, həyacan var və yaxınlaşan təhlükə bunu deməyə əsas verir. Suriyanın başına bombalar yağdıran, körpə-uşaq, qoca-qadın tanımayan, onları yer ilə bir edən bəzi qana susamış rus siyasətçiləri, indi də Cənubi Qafqazda əllərindən çıxan Ermənistan hakimiyyətini nə olur olsun xilas etməkdən ötəri Qarabağda 2016-cı ilin aprelindən daha dəhşətli, daha fəlakətli nəticələrlə müşayət oluna biləcək bir avantyüraya başlamağı planlaşdırır. Prinsip etibarı ilə, Azərbaycan Silahlı Qüvvələri onsuz da tam hazır vəziyyətdədirlər. Lakin, yaxın saatlardan tutmuş ta Ermənistanda baş tutacaq və hələ uzun müddət mübahisə və mübarizə mövzusu olacaq dövlət başçısı postu ilə bağlı məsələ tam aydınlaşmayınca, Rusiya bütün mümkün variantlardan, o cümlədən Qarabağda silahlı toqquşma variantından da istifadə etməyi tam ciddi şəkildə planlaşdırır". 
 
Ekspert onu da əlavə edib ki, kim qeyd olunanlara qeyri-ciddi yanaşırsa, yanılır. Onun qənaətincə, hadisələrin təhlili onu deməyə əsas verir ki, rəsmi Moskva artıq hiss edir ki, onun uzun illər arxalandığı, oyuncaq kimi fırlatdığı erməni şovinist-separatçı və cinayətkar dəstələrinin hakimiyyətinə son qoyulmaq üzrədir. 
 
"Hərçənd ki, hakimiyyətə gəlmə şansları kifayət qədər yüksək və ciddi olan Paşinyan və yaxın çevrəsi bu yaramaz Serj Sarkisyandan və digər yanlardan da daha radikal, daha amansız şəkildə türk dünyasına qarşı addımlar atacaqlar. Və mən əsla düşünmürəm ki, onlar sakitcə Qarabağı Azərbaycanın yurisdiksiyasına qaytarılması ilə razılaşsınlar. İnanın ki, vəziyyət hər saat, hər an pisləşməyə doğru gedir. Təki bu narahatlığım elə narahatlıq kimi qalsın, amma hiss edirəm ki, Ermənistanın daxildə olan və Moskvanı razı sala biləcək variantlar tükəndiyinə və mümkünsüz olmasına görə, Qarabağda qısa müddətli də olsa, daha ağır nəticələrlə müşayət oluna biləcək silahlı toqquşma olması riski həddindən çox yüksəkdir. Azərbaycan tərəfi olaraq biz son dərəcə diqqətli və hazırlıqlı olmalıyıq.
 
Tanrı Azərbaycanımızı və onun güvənc yeri olan Silahlı Qüvvələrimizi, düşmənlə ön mövqelərdə üz-üzə dayanan əsgər və zabitlərimizi qorusun!".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol