• $
  • €
  • ₽
  • ₺
  • £

Çavuşoğlu ilə Lavrov Moskvada görüşdü

Çavuşoğlu ilə Lavrov Moskvada görüşdü
28.04.2018 13:50
Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında görüş keçirilib.

APA-nın məlumatına görə, görüşdə Rusiya XİN başçısı ölkələr arasında intensiv dialoqun olduğunu qeyd edib.

S.Lavrov deyib ki, Rusiya və Türkiyə arasında əməkdaşlığın bu cür dinamikası ölkə prezidentlərinin Rusiya-Türkiyə əməkdaşlığının inkişafına necə əhəmiyyət verdiyini göstərir. S. Lavrov bugünkü görüşdə, o cümlədən iranlı həmkarı ilə keçiriləcək görüşdə kompleks məsələlərin, Suriya böhranının həlli yollarının müzakirə olunacağını söyləyib.

M.Çavuşoğlu isə görüşdə Türkiyə və Rusiya arasında inam atmosferinin mövcudluğunun regional problemləri həll etməyə şərait yaratdığını bildirib: "İki ölkə liderinin tez-tez görüşlərinin keçirilməsi, nazirlərin təmasları tarixi layihələrin həyata keçirilməsinə imkan yaradır. Bizim iqtisadi əlaqələrimiz və turizm sahəsində əməkdaşlığımız aktiv inkişaf edir. XİN başçılarının Astana formatında görüşləri sayəsində biz Suriya münaqişəsinin həlli məsələsində ciddi irəliləyiş etmişik. Bugünkü görüşümüz də bu məsələnin gələcək həllində addımlarımızı müəyyən etməyə icazə verəcək".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol