• $
  • €
  • ₽
  • ₺
  • £

General: Təlimlər ordumuzun gücünü göstərir

General: Təlimlər ordumuzun gücünü göstərir
04.05.2018 20:19
Hərbi Tibb fakültəsində Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Anews.az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə Müdafiə Nazirliyinin zabitləri, Azərbaycan Tibb Universitetinin müəllim heyəti və ictimaiyyət nümayəndələri iştirak edib.

Konfransda əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov çıxış nitqi ilə konfransı açıq elan edib. 
Ordumuzun inkişaf yolundan danışan general-leytenant N.Osmanov bildirib ki, Azərbaycan Ordusunun yaranmasının 100 illiyindən danışdıqda, tarixin bizə bəxş etdiyi dahi rəhbər və müdrik dövlət xadimi Heydər Əliyevin əvəzolunmaz xidmətlərini xüsusi vurğulamaq lazımdır.

Onun sözlərinə görə, Müdafiə Nazirliyi rəhbərliyinin iştirakı ilə Azərbaycan Ordusunun bütün birlik və birləşmələrində müxtəlif səviyyəli irimiqyaslı əməliyyat-taktiki təlimlər keçirilir ki, belə təlimlər ordumuzun güc və qüdrətini nümayiş etdirir.

Silahlı Qüvvələrin yaradılmasının 100 illiyinə həsr olunmuş filmin nümayişindən sonra elmi-praktik konfransın gündəliyinə daxil olan mövzular üzrə mühazirələr təqdim olunub və müzakirələr aparılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol