• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyana Putin əvəzinə Qarabağ təklifi

Paşinyana Putin əvəzinə Qarabağ təklifi
04.05.2018 21:28
İrəvanda yerləşən "Mediamaks” agentliyinin rəhbəri Ara Tadevosyanın Ermənistanın həqiqi rəhbəri kimi Putinə ünvanladığı məktub postsovet məkanında ciddi reaksiya doğurub.

İstiPress-in məlumatına görə, Ara Tadevosyanın "Kremlə, Ermənistan Respublika Partiyasının faktiki rəhbərinə” adlı məqaləyə ilk reaksiyanı "EADaily” portalında məqalə dərc etdirmiş ukraynalı jurnalist Andrey Qanja verib.

Ukraynalı müəllifin diqqətini əsas cəlb edən məsələ Tadevosyanın hakim partiyanın əleyhinə Putinə materiallar çatdırması, yəni "donos” yazması olub. Tadevosyanın Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın yaxın adamı olduğunu nəzərə çatdıran ukraynalı jurnalist bildirib ki, bu, sadəcə, Kremlə əməkdaşlıq təklifidir. Yəni Tadevosyan Putinə çatdırmaq istəyir ki, Ermənistana rəhbər vəzifəsinə Robert Koçaryanı qaytara bilər. Bunun üçün o, faşist Qaregin Njdeni ideoloq seçmiş Respublika Partiyası ilə Robert Koçaryanın heç bir əlaqəsinin olmadığını sübut etməyə çalışır.

Andrey Qanja məhz bu məqama toxunur və Rusiya üçün Robert Koçaryanla Paşinyanın heç bir fərqi olmadığını, öz mənafeyi üçün Nikol Paşinyanı da dəstəkləyə biləcəyini vurğulayır: "Ermənistanda Kreml geosiyasəti üçün həddindən vacib bir "iynəcik” - Gümrüdəki hərbi baza var. Onun üzərində nəzarəti saxlamaq üçün Moskva istənilən siyasi qüvvəni dəstəkləməyə hazırdır”.

Eyni fikir Ermənistanın "1in.am” portalına müsahibə vermiş ukraynalı analitik Vitali Portnikov tərəfindən də vurğulanıb. Portnikov Ermənistandakı etiraz nümayişlərinin lideri Nikol Paşinyanın baş nazir seçilmək üçün ictimaiyyət qarşısında verdiyi vədlər çərçivəsində Serj Sarkisyan kimi Vladimir Putinə qulbeçəlik etməyə məcbur olacağını bildirib. 


Vitali Portnikov Nikol Paşinyanın Qarabağla verdiyi vədlərə işarə edərək qeyd edib:

"Ermənistan yalnız avtoritar rejimin deyil, həm də Qarabağın girovudur. Mən deyərdim ki, birinci növbədə Qarabağın, daha sonra avtoritarizmin girovudur” - deyən analitik Azərbaycanla və Türkiyə ilə sülhün Ermənistan üçün həddindən vacib olduğunu vurğulayıb:

"Bunu kişi kimi etiraf etmək və yeni ölkə rəhbərliyinə (Paşinyana - red.) sual vermək lazımdır. Əgər, o, Qarabağ məsələsində status-kvonu saxlamaq niyyətindədirsə, avtomatik olaraq erməni yoxsulluğu, çıxılmaz vəziyyət və mühacirət məsələsində status-kvo saxlamaq niyyətindədir”. 




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol