• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni nazirlərdən kadr islahatları: kimlər işdən çıxarılır?

Yeni nazirlərdən kadr islahatları: kimlər işdən çıxarılır?
05.05.2018 12:38
Prezident İlham Əliyev aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata keçirilib və  mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiqlənib. Nazirlər Kabinetinin tərkibində dəyişiklik olub.


Belə ki, prezident İlham Əliyevin sərəncamı ilə Fuad MuradovDiasporla İş üzrə Dövlət Komitəsinin sədri, İnam Kərimov Kənd təsərrüfatı naziri, Sahil Babayev Əmək və əhalinin sosial müdafiəsi naziri, Muxtar Babayev Ekologiya və təbii sərvətlər naziri, Ceyhun Bayramov Təhsil naziri, Rövşən RzayevQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri, Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Fuad Nağıyev Dövlət Turizm Agentliyinin sədri, Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi vəsifəsinə təyin olunub.


Maraqlıdır, yeni təyin olunan nazirlər və komitə sədrləri rəhbərlik etdiyi qurumlarda hansı islahatları aparmalıdır?


Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Modern.az-a açıqlama verib:


Deputat bildirib ki, yeni təyin olunan nazirlər və komitə rəhbərləri Azərbaycanın bu gününə və sabahına hədəflənən islahatları davam etdirməlidir.


"O islahatlar ki, həmin qurumun çevikliyini təmin edəcək və vətəndaşlarla bürokratik əngəllər aradan qalxacaq. Artıq biz yeni bir dövrə qədəm qoymuşuq.  Bu dövr Azərbaycanda islahatların dərinləşməsinə gedən mərhələdir. Eyni zamanda, vətəndaşlarla məmurlar arasında problemlər doğura biləcək nüanslar aradan qaldırılmalıdır. Azərbaycanda korrupsiya və rüşvətxorluğun aradan qaldırılması istiqamətində işlər aparılır. Bununla bağlı cənab prezidentin bir neçə müvafiq sərəncamı və tapşırıqları var. Əminəm ki, yeni hökumət baş nazir Novruz Məmmədovun rəhbərliyi altında ölkə prezidentinin müəyyən etmiş xəttə uyğun olaraq işini yüksək səviyyədə quracaq”.


Fəzail Ağamalı deyib ki, yeni təyin olunan nazirlər köməkçilərini, rəhbərlikdə təmsil olunan müavinləri dəyişə bilərlər:


"Ancaq orada çalışan peşəkar mütəxəssislərə toxunmaq olmaz. Çünki o peşəkarlar həmin qurumun işini aparan başlıca simalardır. Ona görə də mən nazirliklərdə  genişmiqyaslı ixtisarların aparılmasının əleyhinəyəm”.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol