• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Əhmədov: Paşinyanın dedikləri sərsəmlikdir

Əli Əhmədov: Paşinyanın dedikləri sərsəmlikdir
12.05.2018 12:21
Paşinyanın Azərbaycan barədə dedikləri elə sərsəmliyin göstəricisi ola bilər.

Anews.az-ın məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədrinin müavini, icra katibi Əli Əhmədov Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib:

 "Əlbəttə, onun dedikləri nəinki bizim tərəfimizdən, dünya birliyi tərəfindən münaqişənin nizama salınması üçün yaradılmış vasitəçilər qrupu tərəfindən də pislənəcəkdir. Ümumiyyətlə, bu münaqişənin mövcud olması Cənubi Qafqazda sabitlik və əmin-amanlığın möhkəm təməl üzərinə qoyulmasına ciddi əngəldir.

O ki qaldı onun regionlara səfər etməsi və reallığa uyğun gəlməyən, gərginliyin artmasına səbəb olan bəyanatlar verməsinə, hesab edirəm ki, bu, Ermənistanın özünə ziyan vuracaq.

Siz görürsünüz, həm Ermənistanda, həm də Azərbaycanda prezident seçkiləri keçirildi. Azərbaycanda seçkilərdən sonrakı ab-hava ondan ibarətdir ki, insanlar işləyirlər, fəallıq göstərirlər, istirahət günündə ağac əkirlər, iqtidarla birliyini nümayiş etdirirlər. Seçkilərin nəticələrinə dərindən inandıqlarını nümayiş etdirirlər.

Bu, Azərbaycanın mövcudluğudur, bu, Azərbaycanın reallığıdır. Bir də var Ermənistanın reallığı - narazılıq, nigarançılıq, qarşıdurmalar və sair. Nə qədər ki Ermənistan Azərbaycanın işğal edilən torpaqlarını azad etmək fikrindən uzaq olacaq, sərsəm bəyanatlar səsləndirəcək, bir o qədər də Ermənistanda vəziyyət gərgin olaraq qalacaq”.

Ə.Əhmədov daha sonra əlavə edib:

"Ermənistan dalana dirənmiş bir vəziyyətdədir, iqtisadi cəhətdən inkişaf etmək potensialı yoxdur. Münaqişənin nizama salınması daha çox Ermənistanın mənafeyinə uygun gələrdi, onların vəziyyətinin düzəlməsinə səbəb ola bilərdi.

Əgər bu gərginlikdən sonra hakimiyyətə gəlmiş qüvvə bu gərginliyin əsas səbəbi olan münaqişənin ədalətli şəkildə nizamlanmasının zəruriliyini dərk edə bilmirsə, hesab edirəm ki, bu onun faciəsinin başlanğıcıdır. Əgər belə davam etsə, güman edirəm ki, çox yaxın zamanlarda xalq yenidən küçələrə axışıb hakimiyyətin dəyişdirilməsini tələb edəcək”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol