• $
  • €
  • ₽
  • ₺
  • £

Kreml Qarabağ kartından necə istifadə edəcək?

Kreml Qarabağ kartından necə istifadə edəcək?
29.05.2020 03:18
Rusiyanın Qarabağ probleminin gələcəyi ilə bağlı hazır həll variantları var.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloqun sözlərinə görə, Rusiya Qarabağla bağlı ehtiyat planını çox da uzaq olmayan bir zamanda işə salacaq:

"Rusiya münaqişə bölgəsi ilə bilavasitə həmsərhəddir və hər iki dövlətlə - Azərbaycan və Ermənistanla çox genişformatlı münasibətlərə malikdir. Xarici qüvvələr isə durmadan Rusiyanın sərhədləri boyunca gərginlik nöqtələrini artırmağa və köhnə münaqişəli vəziyyətləri coşdurmağa çalışırlar. Nəzərə alsaq ki, Rusiyanın həm Ermənistanda, həm də Cənubi Qafqazda böyük maraqları var, o zaman Kremlin Qarabağ probleminin gələcəyi ilə bağlı hazır həll variantlarının olduğunu söyləyə bilərik. Rusiya fövqəl və dünya siyasətində xüsusi yeri olan bir məmləkətdir. Bir halda ki, Rusiyanın qonşuluğunda dondurulmuş problem var, Moskvanın da bununla bağlı yanaşmasının olması təbiidir”.

Politoloq onu da bildirib ki, Paşinyanın hakimiyyətə gəlməsi Rusiya elitası qarşısında bir neçə məsələ qaldırıb:

"Birincisi, Paşinyan bəzi şüarları ilə özünü faktiki olaraq yeni dilemmalar qarşısında qoyub. Siyasətçinin sözündən çox əməli vacibdir. Əgər Paşinyan hələ meydanlarda olarkən səsləndirdiyi şüarları davam etdirsə, Rusiyanın maraqlarına zərbə endirmiş olacaq. Çünki onun tələbləri daha çox antirusiya xarakterli idi. Ancaq hakimiyyətə gəldikdən sonra Paşinyanın bəzi təlaşları öz tonunu dəyişib. Rusiya bundan sonra daha çox Paşinyanın hərəkətlərinə fikir verəcək. Əgər Paşinyan Qərbi seçməsə, onda Rusiya Ermənistanı köhnə, yəni pro-Rusiya məcrasına gətirməyə çalışacaq. Yox, əgər Paşinyan qərbpərəst siyasi kurs yeridərsə, Rusiya Ermənistanın əldən çıxmaması üçün korrektələr etməyə çalışacaq. Burada söhbət təkcə Gümrü bazasından getmir. Rusiya istənilən vaxt oraya daha geniş hərbi qüvvə yeridə bilər. Çünki Ermənistan İran və Rusiya sərhədində Rusiya hərbiçiləri var. Rusiya iki əsrdən artıqdır ki, Ermənistana yatırımlar edir və bu mənada bölgədə Ermənistanla bağlı söz haqqı var. Bu proseslərin nə dərəcədə intensiv olacağını və hansı formada həllini tapacağını yaxın gələcək göstərəcək. İstənilən halda Rusiya öz təsirini Ermənistanda saxlamaqda israrlı olacaq”.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol